.


:




:

































 

 

 

 


O gün Biz Cəhənnəmə: Doldunmu? deyəcəyik. O isə: Yenə varmı? deyəcəkdir[64].




Elman Qasımov

MAN VƏ TƏQVA

Bakı 2009

Mərhəmətli, Rəhimli Allahın adı ilə.

 

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün [1].

Ey insanlar! Sizi tək bir şəxsdən(Adəmdən)xəlq edən, ondan zövcəsini(Həvvanı)yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun.(Adı ilə)Bir-birinizdən(cürbəcür şeylər)istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir[2].

Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!(Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə(Cənnətə)nail olar[3].

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd sallallahu aleyhi və səlləm in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət (sapıqlıq) isə oddadır.

Əziz Müsəlman qardaş və bacılar! Söhbət açacağımız bu mövzu hər bir müsəlman üçün həyatda mühüm olan bir mövzudur və hər bir müsəlmanın həyatda ikən onu tələb etməsi vacibdir. Onsuz həyat sıxıntılı, tənəzzülə uğramış, onsuz isə insanlar dəyərsizdir. Var dövlətə, mal-mülkə sahib olsa belə onu itirən həyatda hər bir şeyini itirmişdir. Onu qazanan isə həyatda çox şey qazanmış olar, hətta var-dövləti əlindən çıxsa belə.

Müsəlman qardaş və bacılar! Nəzərinizə çatdırmaq istədiyimiz bu mövzu, iman və təqva mözusudur. Bu mövzumuz Allaha, mələklərə, ölümə və ölümdən sonrakı anlar, Qiyamət gününün dəhşətli anları,əməl dəftərlərinin insanlara verilməsi, əməllərin tərəzidə çəkilməsi, sirat körpüsündən keçmək, cənnəti və cəhənnəm və s. insana axirəti xatırladan, imanın güclənməsinə kömək edən ixtisar olunmuş mövzular haqqındadır. Bunlara həqiqi inanan kimsə Allahın Qurani-Kərimdə və Peyğəmbərin hədislərində söylədiyi əmrləri yerinə yetirir, qadağan edilənlərdən isə çəkinir. Allahın insanlardan tələb etdiyi də elə məhz budur. Allah təalə buyurur:

Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq [4].

Allaha və axirət gününə şək-şübhə ilə inanan və Allahın buyruqlarına səhlənkarcasına yanaşanlar isə bu əmrləri və qadağanları lazımınca yerinə yetirmirlər və bu da çox vaxt iki böyük amildən irəli gəlir:

1. Dini elmin yoxluğu və ya azlığı;

2. Bu elmə əməl olunmaması.

Bu iki amil imanın zəifliyindən şaxalənən iki budaqdır. Biz isə gücümüz çatdığı qədər özümüzdən və başqalarından bu iki amili qaldırmağa çalışacağıq. İnsanın qəlbində olan bu iman duyğuları Allah və Peyğəmbərinə itaət etməklə bərpa olur. Asi olmaqla isə zəifləyir və tamamilə yox olub gedə bilir və ola bilsin ki, insanın imanı azalsın,amma özü də bunu hiss etməsin. Bunun səbəbləri isə ətrafındaki zəif imanlı insanları görüb özünün xeyir üzərində olmasını iddia etməsidir. O, fikirləşir ki, ətrafındakıların imanı zəifdir, amma (Maşaallah) özünün imanı güclüdür. Onun özü bir-iki namazı məsciddə qılar, amma insanların əksəriyyəti qılmazlar. Bu düşüncələr ona qürur və özünü bəyənmək kimi fikirlər gətirir. Şeytan isə ona gördüyü xeyirli işlərdən batil faydalar çıxartmaqda yardım edir. Məsələn, fəcr namazına məscidə iqamədən əvvəl gəlir və fikirləşir ki, imanı güclüdür. Çünki insanlar fəcr namazına ya yatıb qalarlar, ya da çox az gələrlər. Bu hal çox vaxt günahlara biganə yanaşan insanlarda olur. Amma bu söhbət eşidilib əməl edilməzsə, fayda verməz. Necə ki, Allah Subhanə və Təalə Qurani-Kərimdə buyurur:

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır [5].

Müsəlman qardaş və bacılar! İmanın zəifliyindən dolayı insanda özünü biruzə verən bir çox əlamətlər müşahidə olunur, bu əlamətlərdən biri də Allahın insanlara nazil etdiyi dünya və axirət xoşbəxtliyini özündə cəm edən Qurani-Kərimi oxumamaq və ya oxuyub düşünməməkdir. Həmçinin imanın zəifliyindəndir ki, İmamın arxasında namaz qılasan, amma imamın nə oxuduğunu dinləməyəsən. Ola bilsin dua edirsən, əzabdan Allah Təaləyə sığınırsan, amma qəlbin dünya barəsində fikirləşir. Açıq aydın ayətlər təsir etmir. Bu yerdə möminlər barəsində Allah Təalə buyurur:

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar... [6]

Ey insan! Əgər qəlbin titrəmirsə bil ki, bu imanın zəifliyindəndir.

Allah Təalə başqa bir ayədə buyurur:

Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır? [7]

Düşündüyün günahlar, o şeylər ki, öz aləmində onları gizlədirdin, asi olub, günah işlədirdin və elə zənn edirdin ki, Allah səni görmür.

Allah Təalə buyurur:

O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir [8].

Əgər imanın güc-qüvvətini yoxlamaq istəyirsənsə Qurana qayıt. Onu oxuyanda təsirlənirsənmi? İmamın arxasında namaz qılanda fikrini yayındırmadan, qorxu ilə namaz qılırsanmı, nə oxuduğunu fikirləşirsənmi? Qorxu hissləri keçirirsənmi? Vallahi əgər bu Quran dağlara ensəydi dağlar parça-parça olardı. Necə ki, Allah Təalə başqa bir ayədə buyurur:

Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. [9]

Amma nə olub bu qəlbə ki, təsirlənmir? Səbəb nədir? Əlbəttə günahlar. Allah Təalə buyurur:

Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. [10]

Bir çox insanlar vardır ki, Quran oxuyurlar, amma onun əzəmətini hiss etmirlər. Elə bil ki, qəzet oxuyurlar, və yaxud hər hansısa bir qissəni eşidəndə təsirlənmirlər. Əgər düşmən barəsində eşitsəydilər qorxardılar, amma Allahın əzabı barəsində eşidəndə qorxmurlar.

Allah Təalə ibrət alıb düşünmək üçün nazil etdiyi başqa bir ayədə isə belə buyurur:

Allah Sözün ən gözəlini ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. [11]

Həqiqətən möminin halı belə də olur. Həqiqətən mömin belə ayələri eşidəndə həyacan keçirir, qəlbi titrəyir və bu ayətlərə tab gətirə bilmir, qorxur və bir az sonra başqa bir ayəni eşitdikdə:

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır [12].

Qəlbi yumşalır, sakitləşir Allah Təalədən onun rəhmətini istəyir. Allah Təalə buyurur:

Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? [13]

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxardı və uzun surələr oxuyardı. Əzab ayətlərinə çatanda əzabdan Allaha sığınardı. Rəhmət ayətlərinə çatanda onların fəzilətini Allahdan istəyərdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ayətlərə belə yanaşardı. Amma bizim bir çoxumuzdan soruşsan ki, imam işa namazında hansı surəni oxudu? Bilməz. Sübhənallah! Nə vaxt özünlə tək tənha qalıb öz nəfsini hesaba çəkdin, günahlarını xatırladın, Quran oxudun, Allahı zikr etdin və gözün yaşardı?!

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahı təklikdə anaraq göz yaşı axıdan kimsə barəsində buyurur:

Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah Təala Ərşin kölgəsi altında kölgələndirəcək. Həmin siniflərdən biri də Allahı tək tənha olaraq zikr edib göz yaşı axıdan kimsədir. [14]

Ey Allahın qulu! Əgər biz bu dərəcəyə çatmamışıqsa bil ki, bunlar hamısı imanın zəifliyinə dəlalət edir. Həmçinin imanın zəifliyinə dəlalət edən əlamətlərdən biri də insanların çoxlu günahlara yol verməsi və günahlara biganə yanaşmasıdır. Hər dəfə günah işləyəndə deyir ki, kiçik günahdır. Günahları öz gözündə kiçildir. Hər dəfə günah işlədikdə deyir ki, Əlhəmdulillah, camaatla birlikdə namaz qılmışam. Yaxşılıqlar pislikləri yuyub aparır. Evə girib televizoru açıb əxlaqsız verlişlərə baxır, musiqiyə qulaq asır, çölə çıxanda yarıçılpaq, dar paltar geyib özünü yad kişilərə göstərir və öz-özünə deyir: Bu mənə heç bir zərər toxundurmaz. Sonra oturduğu məclislərdə insanların qeybətini edir. İnsanların namusu barədə danışır. Qeybət və lağ-lağa etmədən məclislər onun üçün can sıxıcı olur. Günahların kiçiyinə, böyüyünə məhəl qoymur.

İbn Qeyyum Əl-Cövzi belə buyurur:

Çox qığılcımlar var ki, onlardan böyük bir odlar törəmişdir.

Ey Allahın qulu! Elədiyin bütün günahların hamısı kiçik və böyüklüyündən asılı olmayaraq mələklər tərəfindən əməl dəftərinə qeyd olunur. Adi bir baxışın buraxılmır. Qəzet-jurnalı açıb oxuyanda ordakı qadına baxıb ləzzət alanda, və ya olduğun məclislərin birində oturub qeybətə qulaq asanda, öz nəfsini müdafiə etmək üçün belə deyirdin: Kiçik bir şeydir, mən ki, danışmıram.

Bir gün ehtiyaclarından dolayı bazara çıxanda satıcı bir qadına rastlaşıb onunla alış-veriş edəndə başladın onu danışdırmağa, güldürməyə və o zaman heç nə olmaz, zərurətdir deyirdin. Ay yazıq insan, məgər sən bilmirsən ki, mələklər sənin bütün günahlarını yazıb əməl dəftərində qeydə alır. Necə ki, Allah Təalə buyurur:

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır! Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! [15]

İnsanın imanı zəif olanda artıq kiçik günahlara belə fikir vermir. Hətta o dərəcəyə çatır ki, artıq böyük günahlar onun üçün adiləşir. Allah Təalədən böyük günahlara düşməkdən afiyət istəyir, qeybət etməyə, valideynlərə ağ olmağa və digər günahlar etməyə başlayır. Sonra isə günah edəndə açıq aşkar edir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu barədə buyurur:

Bütün ümmətim bağışlanacaq, amma günahları açıq aşkar edənlərdən başqa [16] . İnsanların gözü qabağında haramlara yol verir, əxlaqsız işlər görür və etdikləri ilə fəxr edib belə deyir: Filan yerə getdim, belə belə işlər gördüm. Həmçinin imanın zəifliyi əlamətlərindəndir ki, insan başqalarına məhəl qoymur. Əgər müsəlmanların rayonlarda, şəhərlərdə olan çətin vəziyyəti barəsində onunla söhbət etsən deyir: Mənə nə var. Yalnız və yalnız öz nəfsini fikirləşir. Bu yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

Sizdən biri öz nəfsinə istədiyini öz qardaşına istəməyincə kamil iman etmiş olmaz. [17]

Həmçinin imanın zəiflik əlamətlərindən biri də insanın ibadətdə tənbəl olmasıdır. Əvvəl hidayətə gəldiyi vaxtlarda birinci səfdə namaz qılardı. Amma indi nə olub sənə ey insan, axırıncı səflərdə namaz qılırsan. Məscidə iqamədən sonra gedirsən.

Sələfilərdən olan Süleyman ədDərani belə deyərdi: Insan etdiyi günaha görə camaat namazından məhrum olur [18].

Ey insan! öz nəfsini hesaba çək, otur yaxşı-yaxşı fikirləş. Sənə nə olub ki, ancaq axırıncı rükətlərə gəlib çatırsan, və yaxud heç gəlmirsən yatırsan. Bununla belə də zənn edirsən ki, sən xeyir üzərindəsən.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

O qövümlər ki, birinci səflərə gecikməyə başlayarlar və gecikərlər və bu iş üzərində davam edərlər. Hətta o dərəcəyə gəlib çatarlar ki, Allah Təalə onları öz fəzilətindən gecikdirər, uzaqlaşdırar [19].

Yazıq insan bilmir ki, ibadətə tənbəl yanaşmaq nifaqın əlamətlərindəndir. Necə ki, Allah Təalə Qurani Kərimdə buyurur:

Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər [20].

İlk hidayətə gəldiyi vaxtlarda cibində zikr kitabçası gəzdirərdi. Səhər-axşam zikrlərini edərdi, amma indi nə olub sənə ey insan, səhər-axşam zikrlərini yaddan çıxarmısan? Əvvəllər gündəlik açıb Quran oxuyardın. Vaxt var idi ki, gündüzlər duha namazı, iki, dörd və ya daha çox gecə namazı qılardın. Sənə belə nə oldu? Gecə namazı Ramazandan başqa yada düşmür. O da əgər qılsan. Əvvəllər birinci və dördüncü günləri oruc tutardın, amma indi bir gün də belə olsun oruc tutmursan.

Həsənul-Basri bu yerdə gözəl buyurur: Insan etdiyi günaha görə gecə namazından və gündüz tutduğu oruclardan məhrum olur.[21]

Allah Təaləni zikr etmək haradadır? Sənə nə oldu ki, belə dəyişdin? Bunların hamısı imanın zəifliyindəndir. Amma sən bunları hiss etmirsən. Ey insan! səni nə dəyişdirdi? Dünyamı, yoxsa qadınlarmı?

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müslimin rəvayət etdiyi bir hədisində belə buyurur:

Bəni İsraili hər şeydən əvvəl yolundan azdıran qadınlar oldu. Dünyanın və qadınların fitnəsindən, şərrindən qorxun. Özünüzü qoruyun. [22]

Allah Təalə buyurur:

Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. [23]

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: Ümmətindən elə qövmlər olacaq ki, zinanı, ipəyi, içkini, musiqini halal görəcəklər [24].

Yoxsa oturub durduğun dostlarmı səni bu qədər dəyişdirdi? Ən doğrusunu Allah bilir.

Ey insan! Öz nəfsini hesaba çəkməyən onun əziyyətini çəkər. Nəfs itaətsizliyi, tənbəlliyi və rahatlığı çox sevir. Nəfs itaəti sevmədiyinə görə çox vaxt etdiyi ibadətdə naqislik olur. Ona görə də gözün həmişə onun üzərində olsun, onu həmişə yoxla, sorğu-suala çək. Əgər bir naqislik tapsan, onda nəfsinə caiz olan bir şəkildə dərs ver ki, bir daha buraxdığı xətalara qayıtmasın.

Ömər (Allah ondan razı olsun) buyurur: Axirətdə sorğu-suala çəkilməzdən əvvəl nəfslərinizi sorğu-suala çəkin. Kim dünyada ikən öz nəfsini hesaba çəkərsə, axirətdə sorğu-sualı azalar.

Həmçinin imanın zəiflik əlamətlərindəndir ki, insan pis işlərlə tez-tez rastlaşır. Amma bunlar ona heç təsir etmir, heç halı dəyişmir, sıxılmır. Allah Təalə insanları günahlardan çəkindirib onlara doğru yol göstərənlər barəsində buyurur:

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. [25]

Pisliyi inkar etmək imandandır. Kim öz imanının miqdarını bilmək istəyirsə özündən və başqalarından pis əməlləri uzaqlaşdırıb, özünü və başqalarını doğru yola yönəltməsinin dərəcəsinə baxsn. Əvvəllər televizorda pisliklər görəndə televizoru söndürərdi. Birini qeybət edən, ara vurduğunu görəndə onlara nəsihət edərdi. Əgər bunu bacarmazdısa həmin məclisi tərk edərdi. Amma indi onun özü harama baxır, ancaq fikir vermir. Pis məclislərdə oturur, heç halı dəyişmir, hətta belə məclislərdən durub çıxıb getmir. Çünki onun artıq imanı zəifləyib.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) imanın ən zəifi barədə belə buyurmuşdu:

Sizdən kimsə bir münkər (pis əməl, qadağa) görərsə onu əli ilə dəyişdirsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (dəyişdirsin). Bu isə imanın ən zəif mərtəbəsidir [26].

Bilrsinizmi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in bu sözü kimə aiddir? O kimsələrə ki, onlar hər hansısa bir məclisdə günah söhbətlərə rast gələrlər və bu günahları əli və ya dili ilə dəyişdirə bilməyib, qəlblərində olan sıxıntıdan dolayı bu məclisi tərk edənlərə. Budur imanın ən zəifi. Yaxşı, onda orada oturub münkərə qulaq asan insana bəs nə deyək?! Öz ayağı ilə belə məclislərə gedənlərə nə deyək?! Bu işi özləri görənlərə nə deyək?! Öz nəfslərinə uyub, fitnələri qızışdırıb, sonra da bu əməllərinə Quran və Sünnə donu geyindirənlərə bəs nə deyək?! Allah danışılan hər bir sözün, əslinin ixlasa və ya nəfsə qulluq etdiyini bilir. Qiyamət günü gələndə, Allah Təalə buyurur:

De: Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. [27]

Sələfilərdən bəziləri Allah təalənin bu ayəsini eşidəndə ağlayardı.

Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır. [28]

Müsəlman bacı və qardaşlarım, qəlbimizdəki imanı necə dirildə, və yaxud necə müalicə edə bilərik? Birinci biz bilməliyik ki, bu həyat, bu ömür qısa, ləzzətləri keçici olan, lakin insan nəfsinə gözəl görünən bir ömürdür. Necə ki, Allah Təala buyurur:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. [29]

Əbu Dərda (Allah ondan razı olsun) ölüm ayağında ikən ağlayaraq yanındakılara belə deyir:

Bu anı, bu saatı, bu günü üçün əməl edən bir kişi varmı?

Əbu Hüreyrə (Allah ondan razı olsun), o kimsə ki, günlərini Allaha ibadətdə keçirərdi, elm tələbəsi ölməzdən əvvəl ağlayardı. Soruşardılar: Ey Əbu Hureyrə! səni ağladan nədir? O da belə cavab verərdi: Səfərin uzunluğu, azuqənin azlığı, imanın zəifliyi və sirat üzərindən keçərkən ora düşmək qorxusu. O, ölümündən qabaq bu sözləri deyərək ağlayırdı. Amma biz nə deyirik? Biz ki, günlərimizi günahlarla keçiririk. Əgər bizdən biri o anları lazımınca fikirləşsə Vallahi gözü ilə harama baxa bilməz, televizoru aça bilməz. Əgər orada əxlaqsız verilişlər varsa, Vallahi artıq münkər məclislərinə gedə bilməz (əgər o anları lazımınca haqqı ilə fikirləşərsə). Hər bir kəs ölümə məhkumdur. Fərqi yoxdur, İstər varlı, kasıb, gözəl, çirkin, güclü, zəif, böyük, kiçik, alim və cahil olsun. Ölüm hər bir bəşərin sonudur. Allah Təalə buyurur:

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. [30]

Əgər Allah kiməsə əbədi həyat vermək istəsəydi, o da sevimli peyğəmbəri Məhəmməd (ona Allahın salavatı və salamı olsun) olardı. Amma o da öldü. Allah Təalə buyurur:

Əslində, sən də öləcəksən, onlar da öləcəklər! [31]

Əziz Müsəlman bacı və qardaşlar! Hər bir insan ölüm həqiqəti ilə üzləşir və ölümdən qaçmaq mümükün deyil. Allah Təalə həmin an barədə buyurur:

Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman; Ovsunu kim oxuyacaq? deyiləcəkdir. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi və baldır baldıra dolaşacağı zaman o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. [32]

Ey insan, xəyalına gətir ki, Allah Təalə sənin həmin halın barəsində xəbər verir. Ölüm yatağı ola bilsin ki, ətrafında atan, anan, uşaqların və zövcən duracaq. Sənin bu halına ağlayacaqlar. Ola bilsin ki, kiçik oğlun və qızın səni qucaqlayaraq Ey ata! sənə nə olub, sənə nə olub ki, cavab vermirsən? Ey ana! sənə nə olub ki, danışmırsan? deyəcəklər. Sən isə öz əl-qoluna baxacaqsan, artıq onlara nə olub ki, onlar hərəkətdən düşür, soyuyur. Ata soruşacaq ki, kim mənim övladıma şəfa verə bilər? Övlad deyəcək ki, kim mənim valideynlərimi sağalda bilər? Qadın deyəcək ki, kim mənim ərimi geri qaytara bilər? Allah Təalə bu anı vəsf edərək belə buyurur:

Can boğaza yetişdiyi zaman həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın? [33]

Bu anda Allah can verən kimsənin duyğularını Qurani Kərimdə belə canlandırır:

"Can üstə olan kimsə ayrılıq dəminin gəlib çatacağını anlayacaq. [34]

O, artıq bilir ki, bu dünyadan ayrılır, amma indiyə qədər arzularına çatmayıb, oğul uşağını boya başa çatdırmayıb. Bu vaxta qədər hələ evini tikib qurtarmayıb, özünə maşın almayıb, və ya evlənməyə hazırlaşırdı, və ya övlad gözləyirdi. Amma onun həyata keçirmək istədiyi arzuları ölümlə qarşılaşdı. Allah Təalə buyurur:

Can üstə olan kimsə ayrılııq dəminin gəlib çatacağını anlayacaq və ölüm qorxusundan ayaqları bir-birinə dolaşacaq. [35]

Allah Təalə başqa ayədə buyurur:

And olsun kafirlərin canını zorla alanlara! And olsun möminlərin canını rahatlıqla alanlara! [36]

Ölüm mələyi isə bu zaman ruhu çıxarmağa başlayır. Amma sən tapşırılan əmanətləri bu zamana qədər öz sahiblərinə verməmisən. Bu vaxta qədər Allah və insanların sənin üzərində haqqları var və onları qaytarmamısan. Namaz qılmamaqdan, oruc tutmamaqdan, zəkat verməməkən, insanlara əziyyət verməkdən, sübh namazına yatıb qalmaqdan və başqa günahlardan hələ də tövbə etməmisən. Məhz buna görə də sən sonra peşman olacaqsan. Amma bu peşmançılıq sənə fayda verməyəcək. Allah Təalə ölüm anında peşman olanların dilindən belə buyurur:

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. [37]

Ey insan, lakin artıq çox gecdir. Çünki o gün aparılacağın yer artıq Allah Təalənin hüzuru olacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

Ləzzətləri parça-parça edən ölümü çox yada salın [38].

Ölümü çox yada sal ey insan! Dünyanın hər bəzəyi, ölümü xatırlamaqdansəni yayındırmasın. Ey Allahın qulu, bil ki, bu dünya Allah yanında heç bir dəyəri yoxdur. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

Əgər dünyanın Allah yanında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, kafirə bir qurtum belə su içirtməzdi [39].

Sənin milyonların Allahın razı qaldığı yerlərə xərclənmirsə, axirətdə sənə heç bir fayda verməyəcək. Vallahi bütün mal dövlət, oğul-uşaq hamısı məhv olub gedir. Bu dünyada hər bir şey fanidir. Amma sənə qiyamət günü fayda verən isə sənin dünyada ikən etdiyin yaxşı əməllərin olacaq. Dünyaya aldanıb, axirəti unutmamaq üçün ölümün şiddətini, qəbrin zülmətini və tənhalığını, Qiyamətin dəhşətini və Allah qarşısında sorğu sual üçün duracağını fikirləş. İnsanın ruhu bədənindən ayrılıqdan sonra dünya ilə onun əlaqələri kəsilir. Artıq insan qəbir mənzilinə yola düşür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Buxarinin rəvayət etdiyi bir hədisdə buyurur.

İnsanlar cənazəni qəbrə basdırmaq üçün aparanda cənazə danışır. Onun səsini insan və cindən başqa hamı eşidir.Əgər ölən insan salehlərdəndirsə belə deyir: Məni basdırılacağım qəbrə tez çatdırın. Yox, əgər bu insan pis əməl sahiblərindəndirsə, özünü qəsd edərək belə deyər: Vay olsun onun halına! onu hara aparırsınız. Cənazənin bu səsini insandan başqa hamı eşidir. [40]

Ey insan! Qəbir səni dünyadan Axirətə keçmək üçün bir qapıdır və bu qapının nə vaxtsa sənin də üzünə açılacağını unutma. Bir gün bu dünyaya gəldiyin kimi, bir gün də bu dünyadan gedəcəksən və qəbr sənin üçün əməllərinin müqabilində ya Cənnət bağçalarından bir bağça, ya da Cəhənnəm quyularından bir quyu olacaq. Unutma ki, Allahın insanlara vəd etdiyi günə, Qiyamət gününə kimi orada qalacaqsan.

Ey Allahın qulu! Yəqin ki, Allahın bizə vəd etdiyi gün, Qiyamət günü səndən gizli deyil. Bu Allahın insanlara verdiyi bir vəddir ki, Allah heç vaxt öz vədinə xilaf çıxmaz. O böyük gündə Allah İsrafilə surun çalmasını əmr edəcək və qəbirlərdə olan insanlar sorğusual üçün qəbirlərindən çıxarılacaqlar. Allah Təalə buyurur:

Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. [41]

Allah bütün insanları və heyvanları öz ruhlarına qovuşduracaq və bu zaman insan qəbrindən çıxanda ətrafına baxıb görəcək ki, göylər parça-parça olub, ayağının altında yer silkələnir, böyük dağlar didilmiş yun kimi olub, ulduzlar tökülür, dənizlər qaynayır və insan bütün bu dəhşətləri görüb sərxoş hala düşəcəkdir. Allah Təalə Qiyamət gününü Qurani Kərimdə belə vəsf edir.

Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı-başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman hansı günaha görə öldürülmüşdür; səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. [42]

O gün insan qəbirdən çıxanda insanların ah-nəaləsi, fəryad səslərini eşidəcək. Kimlər deyəcək:

Onlar deyəcəklər: Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, ər-Rəhmanın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş [43].

Ey Allahın qulu! İnsan o gün qəbrindən çıxanda özünə fayda vermək üçün öz yaxınlarına, tanışlarına, atasına, anasına, qadın öz ərinə, valideyn öz övladına müraciət edəcək. Ana deyəcək: Ey övladım! Səni bir müddət qarnımda daşıdım, əziyyətlərə dözdüm, sənin üçün gecələri oyaq qaldım, səni böyütmək üçün hər bir əziyyətə qatlaşdım. Bunların müqabilində heç olmasa mənə bir savab ver ki, onunla Allahın hüzuruna gedim.

O gün insanların bütün yaxınları, oğul-uşağı, qardaşı-bacısı, ata-anası və bütün əzizləri onu əli boş geri qaytarıb deyəcəklər: Məndən uzaq ol. Mənim səndən buna daha çox ehtiyacım var. Allah Təalə bu yerdə buyurur:

O gün insan öz qardaşından, anasından, atasından, arvadından və övladlarından qaçacaq! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. [44]

Ey insan! O günün dəhşətindən analar öz südəmər körpələrini atacaqlar. Amma dünyada ikən o körpəsi üçün hər şeyini qurban verərdi. Allah Təalə buyurur:

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli körpəsi olan qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir. [45]

O gün insan ağlayaraq sağa-sola çevrilib, ətrafına baxacaq və bədənləri çılpaq, ayaqları yalın və O günün dəhşətindən saçları ağarmış insanları görəcək. Allah Təalə bu barədə buyurur:

Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir. [46]

Ey insan! O gün günahkarların gözləri zəlilcəsinə yerə dikilərək qorxudan az qala ürəkləri ağızlarına gələcək və onları gətirib bir yerə toplayacaqlar. Günəş də bir milə qədər onların başları üzərində olacaqdır. Sonra isə sorğu-sual başlayacaq. İnsanlar o gün adbaad çağırılacaq. Filankəs oğlu filankəs haradadır? Filankəs qızı filankəs haradadır? Bunu eşidəndə insanın əl-qolu əsəcək, az qalacaq ki, dizi üstə yerə çöksün.

Cəlil olan Allah Təalə belə buyuracaq: Aparın qulumu Cəhənnəmə

Heç o an barəsində fikirləşdinmi? Allah Təalə buyurur:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir. [47]

Ey insan! o gün bütün günahlarını, valideynlərinə asi olmağını xatırlayacaqsan. O an ki, anan, atan sənə iş buyurdu: Dedin yox. Hamısını Qiyamət günü xatırlayacaqsan və o zaman insan günahları ilə özü arasında uzaq bir məsafə olmasını arzulayacaq. Ey insan! Həmin gün suallara cavab vermək üçün bu gün dünyada ikən nəfsini hesaba çək. Allah Təalə buyurur:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. [48]

Ey Allahın qulu, ey insan! Yatmazdan əvvəl, və ya vitir namazını qılmazdan əvvəl, və ya dəstəmaz aldıqdan sonra, və yaxud da yuxu zikrlərini etdikdən sonra fikirləş gör ki, Allah üçün nə etdin. Günahlarını bir əlinə qoy, savablarını da o biri əlinə. Sonra öz nəfsini hesaba çək. Gör hansı ağır gəlir. Ey Allahın qulu! Qiyamət günü hesaba çəkməzdən əvvəl öz nəfsini hesaba çək. Yoxsa Qiyamət günü gələndə Allah Təala o kimsələr barəsində buyurur:

Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı? O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək. [49]

Allah Təalə başqa bir ayədə buyurur:

Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik! [50]

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Macəda rəvayət olunan bir hədisdə belə buyurur:

Qiyamət günü əməlləri dağlar boyda olan qövmlər, camaatlar gələcəklər. Allah Təalə onların əməllərini heç bir şey edəcək.

Souban (Allah ondan razı olsun) soruşur: Onlar kimlərdir, ya Rasulullah? Onları bizə vəsf et ki, biz onlardan olmayaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: Onlar sizin namaz qıldığınız kimi namaz qılarlar, oruc tutarlar, hətta gecə namazına da qalxarlar. Amma Allahın haramları ilə tək tənha qaldıqda bu haramlara yol verərlər, insanların gözü önündə özlərini saleh bir insan kimi apararlar. Amma özü evdə tək qalanda, otaqda tək oturanda, artıq onu heç kim görməyəndə Allaha asi olmağa başlayar, və yaxud bazara gedərkən fikirləşər ki, heç kimsə onu izləmir və nə istəyir onu da edər [51].

Allah Təalə buyurur:

Məgər o bilmir ki, Alah Təalə onu görür? [52]

Allah Təalə Qiyamət günü onun etdiyi əməllərin hamısını ona göstərəcək. Cəhənnəmi görəndə o insan dərindən bir ah çəkəcək və etdiyi bütün əməlləri xatırlayacaq. Necə ki, Allah Təalə buyurur:

Cəhənnəm gətiriləndə, məhz o gün, insan öz günahlarını xatırlayacaq, peşman olacaq, artıq o peşmançılığı ona heç bir fayda verməyəcək və O gün insan belə deyəcək: Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim.

Elmi olan kimsə deyəcək: Kaş ki, insanlara bu elmi çatdırardım. Kaş ki, pis əməllərdən onları çəkindirərdim, səhlənkarlıq etməyərdim. Ey Allah yolunda dəvət edən kimsə! Sənən nə olub? Sənə Allah yoluna, Islama dəvət etməyə nə mane olur? Utanmaqmı? Allah utanılmağa daha layiqdir, yoxsa qorxumu? Allah qorxulmağa daha layiqdir. Ey insan, Allahın əmr etdiyi yerdə danışmadın. O məclisdə ki, Allaha qarşı, saleh insanlara, dinə qarşı xoşagəlməyən söhbətlər edirdilər. Amma sən o yerdə elmin, ixtiyarın olduğu halda sakit dururdun, hətta o məclisi tərk etmirdin və bu hərəktini xatırlayıb belə deyəcəksən:

Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim.

Həmin şəxs Qiyamət günü öz günahlarına baxıb bunların səbəbkarı olan pis dostlarını xatırlayacaq.

Allah Təalə Qurani Kərimdə buyurur:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. [53]

Dünyada ikən yaxşı və pis dostlarını xatırlayacaqsan, o dostları ki, dünyada ikən səni məscidlərə, dini elm məclislərinə, xeyir yığıncaqlarına dəvət edirdilər. Amma pis insanlar, pis dostlar isə sənə belə deyirdi: Cavansan, beş günlük dünyadır, get kefini çək, bunlara qoşulub özünü bədbəxt etmə. Avaralanmaq yox, içki içmək yox, gəzmək yox, kef çəkmək yox. Onlar həyatını itiriblər Şübhə yoxdur ki, bu anları sən Qiyamət günü xatırlayacaqsan. O zaman peşmançılıqdan nəinki bir barmağını, əfsuslar olsun ki, iki əlini ağzına salıb çeynəyəcəksən. Mələklər gəlib həmin şəxsi Cabbar, Qabbar və dünyaya, yerlərə, göylərə sahib olan Allah Təalənin hüzuruna aparacaqlar.

Qiyamət günü sıxıcı anlar barəsində Aişə (Allah ondan razı olsun) dən belə rəvayət olunur: Bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbər(ona Allahın salavatı və salamı olsun)dan soruşdum:Ey Allahın rəsulu Qiyamət günü bizi xatırlayacaqsanmı? Peyğəmbər(ona Allahın salavatı və salamı olsun)buyurdu: Üç an vardır ki, o zaman heç kim, heç kimi xatırlamaz: Əməl dəftərləri veriləndə, hətta sağ və ya sol əlinə çatana qədər; Əməllər tərəzidə çəkilməyə başlayandan qurtarana qədər və Sirata ayaq qoyandan, hətta keçib qurtarana qədər. [54]

Ey insan! Nəhayət sən o sıxıcı anları yaşamaq üçün, sorğusuala çəkilməyə, Uca Allahın hüzuruna gətiriləcəksən. Allah, insanı aralarında heç bir tərcüməçi olmadan sorğuya çəkəcək. Əgər bu insan Rəbbinə itaət etməyən, zalımlardan, inadkarlardandırsa, Allah ona etdiyi günahları xatırladacaq: Ey qulum! Mənə asi olub, günah işləməyini, sabah namazına yatıb qalmağını, insanları əyri yola yönəldib düz yoldan sapdırmağını, rüşvət almağını, oğurluq etməyini, haram faiz yeməyini xatırlayırsanmı? Dünyada ikən faizin haram olduğunu bilirdin, amma əl çəkmirdin. Bilirdin ki, öz ailənin bir günah etdiyini görəndə, zövcən və ya qızın hicabi tərk edəndə buna görə sənin üzərinə məsuliyyət düşür. Amma bir şey demirdin. O gün insan bu suallara hansı üzlə cavab verəcək?! Allah bilir. Əgər boynuna almayıb deyərsə ki, mən deməmişəm, mən etməmişəm onda Allah mələklərdən və onu bu iş üzərində görən insanlardan şahidlər gətirəcək. Dünyada ikən ona nəsihət edən kimsələr gəlib deyəcək: Ya Rəbbi! Dəvət etdim, amma icabət etmədi, başa saldım, lakin təkəbbürlük edib qəbul etmədi, dünyaya olan məhəbbətinə güc gələ bilmədi, nəfsinin arzularına uydu. Bu insan əgər bu şahidləri də qəbul etməsə, onda Allahın izni ilə onun ağzına möhür vurulacaq və öz əzaları özünə qarşı şahidlik edəcək. Əlləri, ayaqları və dəriləri danışacaq.

Allah Təalə buyurur:

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. [55]

Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək:

Onlar öz dərilərinə: Nə üçün əleyhimizə şahidlik edirsiniz? deyəcəklər. Dəriləri deyəcək: Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız. [56]

Bəli, ey insan! O gün əl şahidlik edərək deyəcək: Ya Rəbbi! mən verdim, mən aldım, mən götürdüm. Ayaq deyəcək: Mən getdim. Dil deyəcək: Mən danışdım. Göz isə deyəcək: Mən baxdım. O gün insanın bütün əzaları danışacaq.

Sorğu-sualdan sonra onun əməl dəftəri ona soldan veriləcək. Allah Təalə Qurani Kərimdə bu barədə belə xəbər verir:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi [57] .

Başqa bir ayədə Allah Təalə belə buyurur:

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını gör





:


: 2017-02-24; !; : 227 |


:

:

- - , .
==> ...

1880 - | 1829 -


© 2015-2024 lektsii.org - -

: 0.13 .