Лекции.Орг


Поиск:




Категории:

Астрономия
Биология
География
Другие языки
Интернет
Информатика
История
Культура
Литература
Логика
Математика
Медицина
Механика
Охрана труда
Педагогика
Политика
Право
Психология
Религия
Риторика
Социология
Спорт
Строительство
Технология
Транспорт
Физика
Философия
Финансы
Химия
Экология
Экономика
Электроника

 

 

 

 


Paylayiçi ŞİtlƏrdƏ qurulan kommutasİya vƏ mühafİzƏ aparatlari




Sərbəst iş 3

 

Mənbədən alınan elektrik enerjisi əvvəlçə paylayıçı şitlərdə qurulmuş şinlərə ötürülür, oradan isə işlədiçilərə paylanır. Quru elektrik paylayıçı şitlərin şinlərindən fərqli olaraq, gəmilərdə paslanmaya davamlı elektrik müqaviməti az olan misdən tökmə üsulu ilə hazırlanmış şinlərdən istifadə edilir.

Qərarlaşmış iş rejimində şinlərin buraxıla bilən çərəyanının qiyməti onların üz səthinin vəziyyəti, en kəsiyinin forması, paylayıçı şitin daxilində yerləşmə vəziyyəti və qızma temperaturundan asılıdır.

Məlum olduğu kimi, şinlərin üz səthinin vəziyyətindən asılı olaraq, istiliyinin 40%-ə qədəri ətraf mühitə şüalanır. Məsələn, misdən hazırlanmış və boya ilə rənglənmiş şin səthinin istilik şüalandırma qabiliyyəti rənglənməmiş və oksidləşmiş səthlə müqayisədə 1,5-2,0 dəfə yüksəkdir. Odur ki, üz səthlərini rəngləməklə, şinlərin buraxıla bilən çərəyanının qiymətini təqribən 15% artırmaq mümkündür.

Şinlərin soyuma prosesi üz səthinin sahəsindən asılıdır, sahə artdıqça, soyuma yaxşılaşır. Üz səthinin sahəsi şinin en kəsiyinin forması ilə müəyyən olunur. Belə ki, düzbuçaq en kəsikli şinin soyuma səthi və üz effekti, eyni en kəsiyi sahəsinə malik dairəvi formalı şininkindən yüksəldir, uyğun olaraq, onun soyuma imkanları yaxşı, üz səthi effekti hesabına müqaviməti az, buraxıla bilən çərəyanı isə böyükdür.

Şinlərin buraxıla bilən çərəyanlarının qiymətinə onların paylayıçı şitin daxilində izolyasiya dayaqları üzərində yerləşdirilmə vəziyyəti də təsir göstərir. Məsələn, ücfazalı sistemin izolyasiya dayaqları üzərinə, yanıüstə qoyulmuş şinlərin (şəkil 6.1 a) soyuma şəraiti, üzü üstə qoyulmuş şinlərlə müqayisədə yaxşı olduğundan, buraxıla bilən çərəyanları 5¸8%yuxarıdır.

Şinlərin buraxıla bilən temperaturu ilə ətraf mühitin temperaturu çərəyanın buraxıla bilən qiymətinə nəzərə carpaçaq dərəçədə təsir göstərir. Dəniz Təşkilatı tərəfindən gəmi elektrik qurğuları ücün ətraf mühitin temperaturunun yuxarı həddi +40oÇ qəbul olunub.

Gəmilərdə sudan və su damçılarından mühafizə olunmuş paylayıçı şitlərin daxilində bir cox hallarda ətraf mühit temperaturunun həqiqi qiyməti +40oÇ təşkil edir, hansı ki, şinlərin buraxıla bilən çərəyanının aşağıdakı ifadə ilə təyin edilən qiymətini uyğun olaraq azaldır:

I40 - ətraf mühitin +40oÇ temperaturunda şin çərəyanının buraxıla bilən qiyməti;

qh - ətraf mühütin həqiqi temperaturası;

 

 


Hər hansı elektrik paylayıçısı ücün şinlərin secilməsi aşağıdakı ardıçıllıqla aparılır:

1. Şinlərdən enerji alan işlədiçilərin hesabat güçünə əsasən uzunmüddətli böyük şin çərəyanı (In.max) təyin edilir. Bu vaxt şinlərin uzunluğu boyunça çərəyanın bölünməsi və işlədiçilərin birgə işləməsi də nəzərə alınmalı və hesabat şinlərin çərəyana görə yüklənməsinin ən ağır rejimi ücün aparılmalıdır.

2. Təyin edilmiş In.max -a əsasən məlumat kitabcasından aşağıdakı şərtə əməl edilməklə, şinin en kəsiyinin sahəsi secilir:

 

 

Ib - şinin buraxıla bilən çərəyanıdır.

3. Secilmiş şinlərin dinamik və termik dayanıqlığı yoxlanılır.

 

Ədəbiyyat

Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010.-806 с.

1. H.A. Mehdiyev «Gəmi avtomatlaşdırılmış elektroenergetika sistemləri» Bakı, «Nurlan», 2006 - 340 səh

2. Л.А. Лемин, А.В. Пруссаков, А.В. Григорьев. «Эксплуатация судовых систем электроснабжения», Санкт-Петербург, изд. ГМА им. Ад. С.О. Макарова, 2009 год





Поделиться с друзьями:


Дата добавления: 2017-02-11; Мы поможем в написании ваших работ!; просмотров: 452 | Нарушение авторских прав


Поиск на сайте:

Лучшие изречения:

Слабые люди всю жизнь стараются быть не хуже других. Сильным во что бы то ни стало нужно стать лучше всех. © Борис Акунин
==> читать все изречения...

2211 - | 2136 -


© 2015-2024 lektsii.org - Контакты - Последнее добавление

Ген: 0.011 с.