.


:




:

































 

 

 

 


Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn Üneynin yuxusu




Ümdətüt Talib adlı kitabda nəsəbşünas3 alimlər arasında məşhur olan Bəni Davud ibn Musa Əlhəsəninin əhvalatlarında qəribə bir rəvayət vardır ki, çox etibarlı mənbəyə əsaslanır. Bu rəvayət İbn Üneynin[3] divanında da yer almışdır.

İbn Üneyn bir dəfə Məkkəyə yola düşdüyü zaman özü ilə çoxlu qiymətli əşyalar da götürmüşdü. Qəflətən yolda Bəni-Davud nəslindən olan seyyidlərdən bəzisi onu tutub bütün mal-dövlətini əlindən alır, hətta əynindəki paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən sonra onu orada qoyub tez gözdən itirlər.

İbn Üneyn Yəmən Sultanı olan Əziz ibn Əyyuba şikayət məktubu yazaraq ondan yardım istəyir. Həmin vaxtda da Yəmən hökmdarının qardaşı Məlik Nasir də qardaşından dəniz kənarında bir müddət qalması üçün icazə istəmişdi.

İbn Üneyn öz naməsində qəsidə ilə hökmdarı onu qarət edən seyyidlərdən intiqam almağa təhrik edirdi. Həmin qəsidənin ilk bəndlərinin məzmunu təqribən belədir:

Sənin yaxşılıq və səxavətin fəsahət və bəlağət alimlərini onları bəyan etməkdə aciz qoyubdur. Sən yaxşılıq və səxavətdə elə bir dərəcəyə yetişmisən ki, yaxşılar və xeyirxahlar sərhəddindən çox-çox yuxarılara qalxmısan. Mən xaçpərəst müstəmləkəçilərin əsarəti altında olan sahili fəth etmişəm,-deyib çox da öyünmə. Çünki bu əsarət altında olmuş sahillə Ədən arasında çox böyük fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad etmək istəyirsənsə, qılıncını Allahın vacibat və sünnəsini tapdayan tayfaya qarşı çək. Öz qılıncınla Allah evini (Məkkəni) murdar və Bəni-Davud tayfası kimi alçaq qəbilələrdən təmizlə. Demə ki, onlar Fatimə(s.ə)-nin övladlarıdır və onlarla döyüşmürəm. Çünki bu oğru və quldur seyyidlər Əbu Süfyan ailəsi ilə əlaqə yaratsalar, İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.

Elə ki İbn Üneyn bu qəsidəni yazıb, Yəmən hökmdarına göndərdi, yuxuda görıdü ki, Kəbənin kənarındadır. Həzrəti-Fatimə(s.ə) də ordadır və Kəbəni təvaf edir, yəni Kəbə ətrafına dövrə vurur. Qabağa gəlib salam verdi. Lakin həzrəti Fatimə(s.ə) onun cavabını almadı. Ağlayıb acizanə o Həzrətə ərz etdi ki, mənim günahım nədir ki, salamımı almadın? Həzrəti-Zəhra(s.ə) ibn Üneynə şerlə cavab verdi. Həmin şerin məzmunu təqribən belədir:

Fatimə(s.ə)-nin bütün övladlarının alçaq və ləyaqətsiz olması qeyri-mümkündür. Lakin ruzigar məkr, hiylə ilə bizə zülm və pislik etdi. Əgər övladlarımdan biri ləyaqətsizlik edərsə, sən qəsdən onların hamısına nalayiq sözlər deməməlisən. Get, öz əməlindən tövbə et. Çünki hər kim bizə pislik edib sonra qayıdıb tövbə etsə, Allah-təala onu bağışlayar. Babaları həzrəti-Mustafa(s)-nın xatirinə onları əzizlə. Onun ailəsindən olan şəxsi incidib təhqir etmə. Həzrəti-Rəsul(s)-un ailəsindən sənə hər nə yetişsə, qiyamət günü onun mükafatını bizimlə görüşəndə alacaqsan.

İbn Üneyn deyir ki, bu halda ağlaya-ağlaya vahimə içində yuxudan ayıldım, başa düşdüm ki, həzrəti-Siddiqeyi-Tahirə(s.ə)-nin bərəkəti sayəsində bədənimin bütün yaraları sağalmışdır. Dərhal tövbə etdim. Dediyim sözlərdən peşman oldum. Sonra üzrxahlıq əvəzi olaraq bu şeri yazdım. Şerin məzmunu belədir:

Bəşəri haqqa hidayət etmək üçün gəlmiş Peyğəmbər(s)-in qızının hüzurunda üzr istəyirəm ki, cinayət edən günahkarın günahından keçsin. Öz dediklərimi geri götürərək danışdığım sözlərdən tövbə edirəm. Bundan sonra Allaha and olsun ki, əgər onlardan biri (Fatimə(s.ə.)-nin övladlarından) məni qılıncla tikə-tikə doğrasa belə, onun bu hərəkətini nalayiq bilmərəm. Əksinə, bunu ləyaqətli bir əməl təki qəbul edərəm.

İkinci hissə

Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri.

Kisa[4] və Mübahilə[5] əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə Təthir ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:





:


: 2016-07-29; !; : 439 |


:

:

, .
==> ...

1751 - | 1616 -


© 2015-2024 lektsii.org - -

: 0.008 .