.


:




:

































 

 

 

 


Bazar Tələb Əyrisi

II DƏRS

Tələb və Təklif

Tələb və Tələb Funksiyası

Tələb bərabər şərtlər daxilində (digər bütün şərtlər sabitkən), müəyyən bir vaxt kəsiyində bazarda istehlakçıların müxtəlif qiymət səviyyələrindən satın almağa razı olduqları əmtəə və xidmət miqdarıdır.

Müəyyən amillərin təsir etdiyi hər hansı bir əmtəə (x əmtəəsi) üçün tələb funksiyasını aşağıdakı qaydada göstərmək mümkündür:

 

Xd=f(Px, Pc, Ps, I, E, N, Z)

Burada,

Px əmtəənin öz qiyməti,

Pc tamamlayıcı əmtəələrin qiymətləri,

Ps əvəzləyici əmtəələrin qiymətləri,

I istehlakçının gəliri,

E istehlakçının gözləntiləri,

N istehlakçıların sayı,

Z istehlakçının zövqü və seçimi

X əmtəəsinin qiymətindən başqa digər amillərin sabit olduğunu qəbul etsək, tələb funksiyasını sadə formada aşağıdakı qaydada yazmaq mümkündür:

 

Xd=f(Px)

 

Burada biz digər bütün şərtlər sabətkən hər hansı bir X əmtəəsinə olan tələbin miqdarının onun qiymətindən asılı olduğunu görürük. Bu asılılıq isə tərs mütənasiblək şəklindədir. Yəni bir əmtəədən satın alınmaq istənən miqdarı ilə onun qiyməti arasında tərs mütənasiblik mövcuddur. Belə ki, əmtəənin qiyməti yüksək olarsa, ona olan təlb miqdarı az, əksinə əmtəənin qiyməti aşağı qiymətə olarsa ona olan tələb miqdarı çox olacaqdır. Bu hala iqtisadi ədəbiyyatda tələb qanunu deyilir.

 

Fərdi Tələb Əyrisi

Tələb əyrisinin şəklini müəəyyənləşdirmək üçün aşağıdakı cədvəldəki göstəricilərdən istifadə etmək mümkündür. Fərz edək ki, digər bütün şərtlər sabitkən istehlakçı A hər hansı X əmtəəsindən müxtəlif qiymət səviyyəsində aşağıdakı cədvəldə göstərilən qaydada tələb edir:

 

 

  X əmtəəsinin qiyməti (AZN) X əmtəəsindən tələb edilən miqdar
1-ci hal (a)    
2-ci hal (b)    
3-cü hal (c)    
4-cü hal (d)    
5-ci hal (e)    

 

X əmtəəsinin müxtəlif qiymətlərini koordinat sistemində Y xəttinində, X əmtəəsindən tələb edilən miqdarları isə X xəttində göstərsək istehlakçının, X əmtəəsi üçün fərdi tələb əyrisini aşağıdakı qaydada göstərmək mümkündür:

 

Beləliklə fərdi tələb əyrisi digər bütün şərtlər sabitkən, müxtəlif qiymət səviyyələrində tələb olunan əmtəə və xidmət bölgülərini (kombinasiyalarını) birləşdirən əyridir.

Bazar Tələb Əyrisi

Bazar tələb əyrisi bazardakı bütün istehlakçıların fərdi tələb əyrilərinin üfüqi vəziyyətdə toplanmasıyla əldə edilir. Yəni, bazardakı çox sayda istehlakçının müxtəlif qiymətlərdən satın almağa razı olduqları əmtəə və xidmət miqdarlarının cəmi bizə bazar tələb əyrisini verir.

Bazar tələb əyrisini isə yuxarıda izah etdiyimiz fərdi tələb əyrisinə oxşar qaydada aşağıdakı cədvəldəki göstəricələrin köməyi ilə əldə etmək mümkündür. Fərz edək ki, yenə digər bütün şərtlər sabitkən bazarda iki istehlakçı (A, B) mövcuddur və onlara aid məlumatlar aşağıdakı cədvəldə göstərilmişdir:

 

X əmtəəsinin qiyməti (1) İstehlakçı A-nın X əmtəəsindən tələb etdiyi miqdar (2) İstehlakçı B-nın X əmtəəsindən tələb etdiyi miqdar (3) X əmtəəsinin məcmu tələb miqdarı (4) = (2) + (3)
       
       
       
       
       

 

Bu göstəricələri yenə yuxarıdakına oxşar qaydada aşağıdakı qrafikdə göstərsək, istehlakçı A-nın və istehlakçı B-nin fərdi tələb əyrilərinin üfüqi cəmi məcmu tələb əyrisini əldə etməmizə imkan yaradır.

Fərdi tələb və bazar tələb əyrilərinin əsas ortaq xüsusiyyəti ikisinin də neqativ meyllilikdə olmasıdır. Belə ki, qiymətlər azalarsa fərdi və bazar tələbləri miqdarı artar və ya əksinə.

Əmtəənin qiymətinin dəyişməsindən başqa istehlakçıların gəlirlərinin, əlaqəli əmtəələrinin qiymətlərinin, istehlakçıların gözləntilərinin, istehlakçıların sayının, istehlakçıların zövq və seçimlərinin dəyişməsi tələb əyisinin sağa və sola sürüşməsinə, yəni tələb miqdarının dəyişməsinə səbəb olur.

 

İstehlakçıların Gəlirindəki Dəyişmə

İstehlakçının gəliri artarsa əmtəənin qiyməti sabit qalsa da, bu əmtəəyə olan tələb miqdarı dəyişəcəkdir. İstehlakçınının gəliri artarsa normal əmtəələrə olan tələb miqdarı artar, gəlir azalarsa normal əmtəələrə olan tələb miqdarı azalar. Aşağı keyfiyyətli əmtəələr üçün isə istehlakçının gəliri artarsa bu əmtəələrə olan tələb miqdarı azalar.

Normal əmtəə - gəlir artarkən tələb miqdarı artan, gəlir azalarkən tələb miqdarı azalan əmtəələrdir.

Aşağı keyfiyyətli əmtəə - gəlirdəki artış qarşısında tələbi azalan əmtəələrdir.

Əlaqəli əmtəələrin qiymətlərindəki dəyişmə

Tamamlayıcı əmtəələr: əlaqəli əmtəələrdən hər hansı birinin qiymətində azalma olarkən, digər əmtəəyə olan tələb miqdarı artarsa, bu əmtəələr tamamlayıcı əmtəələrdir.

Əvəzləyici əmtəələr (rəqib əmtəələr): əlaqəli əmtəələrdən hər hansı birinin qiymətində artım olarkən, digər əmtəəyə olan tələb miqdarı artarsa, bu əmtəələr əvəzləyici əmtəələrdir.

Beləliklə, əlaqəli əmtəələrdən hər hansı birinin qiymətindəki dəyişmə bu əmtəənin xüsusiyyətinə görə tədqiqatda ələ alınan əmtənin tələb əyrisinin şəklini, başqa bir ifadəylə ona olan tələb miqdarını fərqli şəkillərdə dəyişdirəcəkdir.

Bunlara əlavə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi istehlakçıların gözləntilərinin, istehlakçıların sayının, istehlakçıların zövq və seçimlərinin dəyişməsi də tələb əyisinin sağ və sürüşməsinə, yəni tələb miqdarının dəyişməsinə səbəb olur.

 

Təklif və Təklif Funksiyası

Təklif digər bütün şərtlər sabitkən, müəyyən bir vaxt dilimində bazarda istehsalçıların müxtəlif qiymətlərdən satmağa razı olduqları əmtəə və xidmət miqdarıdır.

Hər hansı X əmtəəsinin təklif funksiyasını aşağıdakı qaydada yazmaq olar:

Xs=f(Px, Pg, Py, T, E, TG, SG, Nf)

Burada,

Px əmtəənin öz qiyməti,

Pg istehsal xərcləri və ya istesalda istifadə olunan resurların qiyməti,

Py başqa əmtəələrin qiyməti,

T texnologiya,

E gözləntilər,

TG vergilər,

SG - subvansiyalar,

Nf bazardakı firma sayıdır.

Bu amillərin hamısı bazarda yaranan təklif miqdarına təsir edir. Tələb funksiyasında olduğu kimi burada da o əmtəənin qiymətindən başqa bütün amilləri dəyişməz hesab etsək, onda təklif funksiyasını belə yazmaq olar:

Xs=f(Px).

Təklif qanunu bir əmtəədən satmaq istənən miqdarı ilə onun qiyməti arasında düz mütənasibliyin olduğunu izah edir.

Təklif Əyrisi

Təklif əyrisinin şəklini müəəyyənləşdirmək daha öncə tələb əyrisini müəyyənləşdirirərkən istifadə etdiyimiz cədvəldəki göstəricilərə oxşar göstəricələrdən istifadə edəcəyik. Fərz edək ki, digər bütün şərtlər sabitkən istehsalçı A, hər hansı X əmtəəsindən müxtəlif qiymət səviyyəsində aşağıdakı cədvəldə göstərilən qaydada əmtəə istehsalı təklif edir:

  X əmtəəsinin qiyməti (AZN) X əmtəəsindən təklif edilən miqdar
1-ci hal (a)    
2-ci hal (b)    
3-cü hal (c)    
4-cü hal (d)    
5-ci hal (e)    

 

X əmtəəsinin müxtəlif qiymətlərini koordinat sistemində Y xəttində, X əmtəəsindən təklif edilən miqdarları isə X xəttində göstərsək, istehlakçının X əmtəəsi üçün fərdi istehlak əyrisini aşağıdakı qaydada göstərmək mümkündür:

Bazar təklif əyrisini bazar tələb əyrisini izah edərkən bəhs etdiyimiz qaydada; fərdi təklif əyrilərinin üfüqi toplanmasıyla, əldə etmək mümkündür.

Fərdi təklif və bazar təklif əyrilərinin əsas ortaq xüsusiyyəti isə ikisinin də pozitiv meyllilikdə olmasıdır. Belə ki, qiymətlər artarsa fərdi və bazar təkliflərinin miqdarı da artar və ya əksinə.

Əmtəənin qiymətinin dəyişməsindən başqa, istehsal xərcləri və ya istesalda istifadə olunan resursların qiymətinin, başqa əmtəələrin qiymətlərinin, texnologiyanın, gözləntilərin, vergilərin, subvansiyaların və bazardakı firma sayının da dəyişməsi təklif əyisinin sağa və sola sürüşməsinə, yəni tələb miqdarının dəyişməsinə səbəb olur.

Bazar Tarazlılığı

Bazar tarazlılığı - bazar tələbi ilə bazar təklifi miqdarlarının bir birinə bərabər oluğu və ya başqa cür ifadə etsək, bazar tələb əyrisi ilə bazar təklifi əyrilərinin kəsişdiyi nöqtədə yaranır. Bazar tarazlılığının koordinat müstəvisində şəklini əvvəlki bölmələrdə istifadə etdiyimiz bazar tələbi və bazar təklifi cadvəllərindəki göstəricilərdən istifadə etməklə tapmaq mümkündür. Əvvəlcə bu cədvələ müraciət edək:

 

Qiymət Bazarda təklif edilən əmtəə və xidmət miqdarı Bazarda tələb olunan əmtəə və xidmət miqdarı Fərqlər Şərt
      -205 Tələb artıqlığı (Qıtlıq)
      -110 Tələb artıqlığı (Qıtlıq)
        Bazar tarazlılığı
        Təklif artıqlığı
        Təklif artıqlığı

 

İndi isə cədvəldəki göstəricilərdən istifadə edərək qrafiki çəkə bilərik:

Tarazlılıq qiyməti təlləb və təklifi bərabərləşdirən qiymət səviyyəsidir.

Tarazlılıq miqdarı tarazlılıq qiymətində həyata keçirilən əməliyyatın həcmidir.

Artıqlıq cari qiymət səviyyəsində təklif edilən əmtəə miqdarının tələb miqdarından artıq olmasıdır.

Qıtlıq bazardakı tarazlılıq qiymətindən aşağı bir qiymətdə tələb edilən əmtəə miqdarının təklif edilən əmtəə miqdarından çox olması.

Tələb əyrisindəki sürüşmə nəticəsində yaranan yeni bazar tarazlılığı

Tələbə təsir edən amillərdən hər hansı birində dəyişmə tələb şəkildə göstərildiyi kimi sağ tərəf sürüşdürərsə (məsələn, istehlakçının gəlirindəki artım, əvəzləyici əmtəələrin qiymətinin artması, tamamlayıcı əmtəələrin qiymətinin azalması, istehlakçının qiymətlərdə artım olacağı gözləntisində olması...) tarazlılıq nöqtəsi dəyişəcəkdir. Təklif əyrisinin artan meyllilikdə olduğu nəzərə alsaq, yeni tarazlılıq nöqtəsində həm tarazlılıq qiyməti, həm də tarazlılıq tələb-təklif miqdarı da artacaqdır.

 

Təklif əyrisindəki sürüşmə nəticəsində yaranan yeni bazar tarazlılığı

Təklif əyrisinin sağa sürüşməsinə səbəb olan amillər mövcud olarsa (məsələn, xərclərin azalması, texnologiyadakı irəliləyişlər, istehsalçıların qiymətlərin artması gözləntisində olmaları, istehsala yönəldilən subsidiyaların artırılması....) tarazlılıq qiyməti azalacaq və tarazlılıq tələb-təklif miqdarı artacaqdır.



<== | ==>
 | , , . , .
:


: 2017-01-28; !; : 1389 |


:

:

, , .
==> ...

2109 - | 1753 -


© 2015-2024 lektsii.org - -

: 0.032 .