1. X[20] massivi verilmişdir. X massivinin müsbət və mənfi elementlərinin sayını tapın.
2. Tam ədədlərdən təşkil olunmuş iki birölçülü massiv verilmişdir. Bu massivlərdən yeni birölçülü massiv yaradan proqram yazın. Yaranmış yeni massivdə əvvəlcə mənfi, sonra sıfır elementlər, daha sonra isə müsbət elementlər yerləşsin.
3. Altırəqəmli nömrələnmiş biletdə əvvəlki üç rəqəmin cəmi sonrakı üç rəqəmin cəminə bərabər olarsa, belə bilet “xoşbəxt” bilet sayılır. Bilet kassasında 000000-dan 999999-a qədər nömrələnmiş millyon bilet olduğu məlumdursa, “xoşbəxt” biletlərin sayını təyin edən proqram tərtib edin.
4. Dekart koordinat sistemində n sayda nöqtə öz koordinatları ilə verilmişdir. Bu nöqtələrin hər biri digəri ilə düz xətlər vasitəsilə birləşdirilmişdir. Düz xətlərin hansının uzunluğunun maksimum olduğunu təyin edən proqram tərtib edin.
5. “Paskal üçbucağının” ilk 10 sətrini aşağıdakı səkildə çapa verən proqram tərtib edin:
a)
b)
6. Hər biri 100 ədədindən kiçik olan 20 sayda mənfi olmayan tam ədədi artma ardıcıllığı ilə düzməli.
7. Fibonaççi ədədi ardıcıllığının 20-ci elementini çapa verən proqram yazın.
8. Verilmiş m>0 ədədindən böyük birinci Fibonaççi ədədini çapa verən proqram yazın.
9. A(n,m) massivinin minimal və maksimal elementlərinin yerlərini dəyişdirən proqram tərtib edin.
10. Altproqramdan istifadə etməklə a(n,n) və b(m,m) massivlərinin baş və yan diaqonal elementlərinin cəmini hesablayan program yazın.
11. 30 sayda təsadüfi götürülmüş ədəddən [10, 30] intervalına düşən ədədlərin sayını tapın.
12. Klaviaturadan daxil edilən elementlərin “sehrli” kvadrat təşkil etdiyini yoxlayan proqram yazın. Hər bir diaqonal üzrə, bütün sütunlar və bütün sətirlər üzrə elementlərinin cəmi eyni bir ədədə bərabər olan matris “sehrli matris” adlanır.
13. Üçtərtibli “sehrli matris” quran proqram yazın.
14. 10x15 ölçülü tam ədədlərdən təşkil olunmuş matris verilmişdir. Matrisin bütün yəhərvari elementlərinin indekslərini capa verən proqram yazın. Yəhərvari element o element hesab olunur ki, həmin element öz sətrinin ən kiçik elementi olsun, həm də eyni zamanda öz sütununun ən böyük elementi olsun və ya əksinə.
15. x1<x2<……<xn həqiqi ədədlər ardıcıllığı və həqiqi y ədədi verilir. xk<y<xk+1 şərtini ödəyən k ədədini təyin edən proqram yazın.
16. Verilmiş a0, a1, ......,a30, b0, b1......b30, c0,......., c30, x, y, z, həqiqi ədədləri üçün aşağıdakı ifadəni hesablayan proqram yazın.
17. Həqiqi tipli 50 elementdən ibarət a, b, c massivləri verilir. Aşağıdakı ifadəni hesablayan proqram yazın.
18. m sətir və n sütundan təşkil olunmuş tam ədədli A matrisi verilmişdir. Matrisin hər bir sətrinin maksimal elementlərindən təşkil olunmuş B sütun matrisi yaradan proqram yazın və B matrisini çapa verin.
19. A(m, n) tam ədədli matrisi verilmişdir. Əgər matrisdə təkrarlanan sətirlər varsa, həmin sətri silən proqram yazın. Dəyişdirilmiş A matrisini ekrana çıxarın, təkrarlanan sətirlər yoxdursa, onda “yox” məlumatı ekrana çıxarılsın.
20. n tərtibli kvadrat A matrisi və k (k<n/2) natural ədədi verilmişdir. Massivin elementləri də natural ədədlərdir. A matrisində aşağı üçbucaqda yerləşən, k tərtibli bütün kvadrat matrisləri tapan proqram tərtib etməli. Göstərilən altmatrislər çoxluğunda bütün elementlərin cəminin maksimal qiymətini ekrana verin.
21. Ikiölçülü massivi verilmişdir. X massivinin hər bir sütunundakı maksimal elementi və onun indekslərini tapmalı. Maksimal element bir neçə sayda isə, nəticə kimi kiçik indeksli elementi götürməli.
22. N tərtibli kvadrat A matrisi və sərbəst hədlər olan B sütun–vektoru verilmişdir. Qauss–Jordan üsulu ilə tənliyinin kökünü tapan proqram tərtib edin. X–dəyişənlərin sütun–vektorudur. Hesablama prosesində sıfra bölmənin yolverilməzliyinə nəzarət etmək lazımdır. Əgər bütün diaqonal elementləri sıfra bərabər olarsa, onda matrisin birinci və ikinci sətirlərinin, həmçinin B vekrorundan b1 və b2 elementlərinin yerini dəyişdirmək lazımdır. X vektorunun tapılmış qiymətlərini ekrana çıxarın.