Лекции.Орг


Поиск:




Категории:

Астрономия
Биология
География
Другие языки
Интернет
Информатика
История
Культура
Литература
Логика
Математика
Медицина
Механика
Охрана труда
Педагогика
Политика
Право
Психология
Религия
Риторика
Социология
Спорт
Строительство
Технология
Транспорт
Физика
Философия
Финансы
Химия
Экология
Экономика
Электроника

 

 

 

 


Yaddaş və verilənlərin tipləri




Misal 2.1.

# include <stdio.h>

void main()

{ printf(“ Azerbaycan, Baki\n”);

}

Bu proqramı necə işə salmaq istifadə edilən sistem­də­n ası­lı­dır. Məsələn, proqramı Dev-C++-da buraxmaq üçün File men­yu­­sundan New->Project … altmenyusunu seçib, şəkildəki kimi açılan pən­­cə­rə­də Console ApplicationC Project qeyd edib OK düyməsini sıxmaq lazımdır:

 

 

Bundan sonra, aşağıdakı kimi pəncərə açılır:

 

 

Yeni ad verib Сохранить düyməsini sıxmaq lazımdır. Indi isə proqramın mətnini yığmaq olar.

 

 

Proqramın mətnini yığıb qurtardıqdan sonra Execute men­yu­­sundan Compile&Run (və ya F9) altmenyusu seçilir. Faylın yadda saxlanılması tələb olunur. Ad verib OK düyməsini sıxdıqdan sonra ekranda Azerbaycan, Baki sözləri çıxarılacaq.

#include direktivi <stdio.h> başlıq faylından (başlıq fay­­lı isə standart giriş- çıxış əməllərinə malikdir) ibarətdir.

main()- əsas proqramın adıdır, o eyni cür olub həmişə iştirak edir. main sözündən əvvəl gələn void sözünün mənası ondan ibarətdir ki, proqram konkret qiymət qaytarmır;

{ } - mötərizələri proqramın gövdəsini təşkil edir;

printf() – kiçik mötərizədə olan çıxış verilənlərinin çap funksiyasıdır.

Hər bir operator nöqtə - vergüllə qurtarır.

Proqramı C++-da yazsaq, əvvəldə olduğu kimi File men­yu­­sun­dan New->Project … altmenyusunu seçib, Console Ap­pli­ca­tionC++ Project (proqramC++-da yazıldığı üçün ) qeyd edib OK düyməsini sıxmaq la­zım­dır:

 

 

Yeni Project- ə ad verib, OK düyməsinisıxdıqdan sonra açılan pən­cə­rə­də proqramın mətnini yığmaq lazımdır:

 

 

#include <iostream.h>

#include <conio.h>

using namespace std;

int main (int argc, char *argv[])

{

cout <<”Azerbaycan, Baki\”;

getch();

return 0;

}

 

C++-da çıxış üçün cout operatoru istifadə olunur.

F9 düyməsini sıxdıqdan sonra ekranda yenə də Azerbaycan, Baki sözləri çıxarılacaq.

Başlıq fayllar funksiyanın prototipinə malik olurlar. Pro­totip kompilyatora funksiyanın sintaksisi haqqında mə­lu­­mat­ verir. Əgər başlıq faylını istənilən mətn redaktorla açsaq, on­da onun daxilində qoşulan funksiyanın prototipini təsvir edən sətir aşkar etmək olar.

Misal 2.2. Hesablama elementi daxil olan C/C++ proq­ra­mı­:

 

# include <stdio.h>

void main()

{ int a, b, c;

a=5;

b=12;

c=a+b;

printf (“c=%d\n”,c);

}

Proqramın ümumi quruluşu dəyişmədi, lakin bəzi əlavə­lər­ edildi.

int a, b, c; - tamqiymətli a, b, c dəyişənlərinin elanı;

int- dəyişənlərin tamlıq əlamətini göstərir.

a=5;b=12; ab dəyişənlərinə qiymət mənim­sə­dil­mə­si,

c=a+b; ab – ni toplayıb nəticəni c- yə mənim­sə­dir.

printf() – funksiyası %d konstruksiyasına malikdir, o, çe­vir­mə spesifikası adlanır. Onun yerində c dəyişəninin qiy­mə­ti duracaq, belə ki, % - yeri göstərir, d – qiymətin tipini (tam) gös­tərir. Çap sətri

c=17

şək­lində olacaq və kursor yeni sətirdə dayanacaq (\n- kur­so­ru yeni sətrə keçirir).

Adətən, proqramda giriş operatorundan da istifadə olunur.

Misal 2.3. ifadəsini hesablayan proqram.

# include <stdio.h>

# include<conio.h>

void main()

{ float a, b, c;

printf ("b ve c qiymetlerini daxil edin:\n");

scanf ("%f%f ",&b,&c);

a=b/c;

printf("a=%f / %f=%2.1f\n",b,c,a);

getch();

}

Burada float a, b,c - həqiqi tip üç dəyişənin elanı;

scanf (“%f %f”, &b, &c) isə b və c həqiqi ədədlərinin daxil olunma üsulunun təşkilidir.

Klaviaturadan ilk daxil edilən ədəd b-yə, növbəti isə c-yə mə­nim­sədiləcək.

printf(“a=%f / %f=%2.1f \n”,b,c,a)- birinci %f yerində b qiy­məti, ikincinin yerində c, üçüncünün yerində isə a qiy­mə­ti 2.1 formatı ilə çap olunacaq.

getch () isə ekranın saxlanılması prosedurasıdır, < conio. h> başlıq faylında təyin olunmuşdur.

Beləliklə, C/C++ - proqramın quruluşu belədir:

1) # include direktivi ilə başlıq faylları qoşulur;

2) istənilən proqram main() sözü ilə başlayır;

3) dəyişənin istifadə olunmasından əvvəl o, tipi gös­təril­mək­lə elan olunmalıdır.

Misal 2.4. Tərəfləri a, b, c olan üçbucağın perimetrini he­sab­­­­la­yın.

 

#include <stdio.h>

void main()

{ int p,a,b,c;

scanf("%d%d%d",&a,&b,&c);

p=a+b+c;

printf("p=%d\n",p);

getch();

}

Qeyd 1. Ədədi qiymətlərin çapı zamanı aşağı­da­kı spesifi­ka­­tor­lardan istifadə olunur:

%i və %d– işarəli tam ədəd,

%u- işarəsiz tam ədəd,

%f – sürüşkən vergüllü kəsr ədəd,

%n,mf – sabit vergüllü kəsr ədədlər. Burada n- tam, m- kəsr hissənin rəqəmlərinin sayını göstərir.

Qeyd 2. printf -lə yanaşı ekrana məlumatı çıxar­maq üçün puts funksiyasından da istifadə etmək olar. Bu zaman çap­­­dan sonra kursor avtomatik olaraq növbəti sətrin baş­lan­ğı­cı­na keçir.

Qeyd 3. Proqram sona çatdıqdan sonra proqramın iş­lə­­di­yi pən­­cərənin digər pəncərə ilə örtülməməsi üçün (mə­sə­­­lən, Nor­ton­ Commander – in mətn redaktoru pəncərəsi ilə) proq­­ramın so­nuna

print f(“ “);

getch ();

instruksiyasını əlavə etmək lazımdır.

 

Yaddaş və verilənlərin tipləri





Поделиться с друзьями:


Дата добавления: 2017-01-21; Мы поможем в написании ваших работ!; просмотров: 751 | Нарушение авторских прав


Поиск на сайте:

Лучшие изречения:

Люди избавились бы от половины своих неприятностей, если бы договорились о значении слов. © Рене Декарт
==> читать все изречения...

2444 - | 2243 -


© 2015-2024 lektsii.org - Контакты - Последнее добавление

Ген: 0.007 с.