BAKİ-2010
PLAN:
Azərbaycanda Bank sisteminin yenidən qurulması və inkişafı.
Bank sisteminin hüquqi bazası və onun əhəmiyyəti.
Bazar iqtisadiyyatında Azərbaycanda bank sisteminin təkminləşdirilməsi yolları.
4. Nəticə
Dəbiyyat
GİRİŞ
Cəmiyyətin inkişafının muasir mərhələsində bankların rolu çox böyükdür. Banklar xüsusi bir qurumdur və iqtisadiyyatın inkişafında özünəməxsus yeri vardır. Bankların yaranması və inkişafı dünya cəmiyyətinin və dünya mədəniyyətinin inkişafı ilə bərabər getmişdir. Cəmiyyətin inkişafı tarixində belə bir fikir mövcuddur ki, bankların inkişaf səviyyəsi ilə cəmiyyətin sosial-iqtisadi inkişafı düz mütənasibdir. Hansı ölkədə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada surətli iqtisadi inkişaf, yüksək mədəniyyət var. Məhz bankların tarixində də bu qanunauyğunluq özünü göstərir.
Banklar pul vəsaitlərinin toplanılması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirlməsi, dövriyyə üçün kredit vəsaitlərinin emisiyası, muxtəlif qiymətli kağızların buraxılması və.s funksiyalarını yerinə yetirən xüsusi iqtisadi institutlardır. Banklar pul-kredit münasibətlərinin tənzimlənməsi yolu ilə məşğul olurlar.
Ümumiyyətlə, bank sistemi dedikdə, ayrı-ayrı bank və bank institutlarının məcmusu başa düşülür. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrımaz tərkib hissəsidir. Bazar iqtisadiyyatı şəraitində banklar insanda qan-damar sistemi qədər əhəmiyyətə malikdirlər. Bununla əlaqədar pul dövriyyəsində və onun hərəkətində hər hansı zəiflik və dayanma cəmiyyətin iflic vəziyyətinə gətirib çıxarda bilər. Buna görə də bu sistem elə qurulmalıdir ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural məhsul axınını təmin etsin, onların tarazlığina şərait yaratsın.
Pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini bank sistemi tənzimləyir. Bank sistemi 3 əsas qrupdan ibarətdir:
- Mərkəzi Bank;
- kommersiya bankları
- ixtisaslaşmış maliyyə-kredit inistitutları
Azərbaycanda bank sisteminin əsasını Mərkəzi Bank təşkil edir. Bir qayda olaraq, mərkəzi bank dövlətə məxsus olmaqla iqtisadiyyatın makroiqtisadi tənzimlənməsinin əsas alətidir. Mərkəzi bank dövriyyəyə nağd pul buraxmaqla, digər kredit idarələrinin kassa ehtiyyatlarının, dövlətin valyuta-qızıl ehtiyyatlarının toplanması və saxlanılması ilə kommersiya banklarının kreditləşməsi ilə, hökumətin kredit hesablaşma əməliyyatlarının həyata keçrilməsi və digər kredit inistitutlarının fəaliyyətinə nəzarətlə məşğul olur.
Respublikanın səhimdar-kommersiya, aqrar sənaye bankı (ASB) kredit-hesablaşma əməliyyatlarını həyata keçirir. Resbublikanın səhimdar-kommersiya sənaye-investisiya bankı (SİB) sənayedə, ticarətdə, nəqliyyatda və başqa sahələrdə investisiyalara və kreditlərə nəzarət edir.
Respublikanın səhimdar-kommersiya əmanət bankı respublikada əmanət işinin təşkilatçısıdır. O, əhalinin kassa xidmətlərini və hesablaşmalarını həyata keçirir.
Respublikanın beynəlxalq bankı ixracat və qeyri-ticarət əməliyyatları üzrə hesablaşmaları həyata keçirir və təşkil edir. Xarici bazara çıxmaq hüququ olan müəssisə (firma) və təsərrüfat təşkilatlarının xarici iqtisadi əlaqələrini kreditləşdirir.
Azərbaycanda Bank sisteminin yenidən qurulması və inkişafı.
Maliyyə bazarlarının,ilk növbədə bank sisteminin inkişafı bazar iqtisadiyya-
tına keçid üçün zəruri olan şərtlərdən biridir,çünki məhz onlar son illərdə ləğv edilmiş mərkəzləşdirilmiş planlaşdırma mexanizmini əvəz etməlidirlər.
Azərbaycan Respublikasının bank sisteminin qurulması ilk əvvəl son dərəcə çətin bir şəraitə təsadüf edirdi – iqtisadi durğunluq,inflyasiya,resursların məhdudluğu və inhisarlaşmış qiymətlər şəraitində həyata keçirilirdi.Lakin bütün bunlara baxmayaraq aparılmış düzgün idarəetmə siyasəti nəticəsində qarşiya çıxan bütün problemlər asanlıqla dəf edilərək bank sisteminin inkişafı davam edir və artıq bu sahədə respublikada müəyyən naliyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikasının müasir bank sisteminin strukturu dörd amilin təsiri altında formalaşmışdır:
Birinci amil,kredit idarələrinin iki funksiyasının olmasıdır.Bildiyimiz kimi,banklar emissiya və kredit funksiyalarını həyata keçirirlər.Bankların ixtisaslaşması ona gətirib çıxarmışdır ki,tarixən emissiya funksiyası Mərkəzi Bankda,xalq təsərrüfatının və əhalinin kreditləşməsi isə işgüzar kommersiya banklarında cəmləşmişdir.Nəzəri cəhətdən bankların ixtisaslaşmasında belə bölgü özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini idarə edən xüsusi aparatın olması zərurəti yaranır.Belə halqa.əsas funksiyası pul dövriyyəsinin tənzimlənməsi olan respublikanın Milli Bankıdır.Bu vəziyyət kreditləşmə üzrə əməliyyatlar və respublikanın ssuda fondunun idarə olunmasını həyata keçirən kommersiya banklarına aiddir.
İkinci amil,bank sisteminin strukturuna təsir göstərən mülkiyyətin xarakteridir.Məlumdur ki,uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil edirdi.buna görə ölkədə yalnız dövlət mənşəli banklar fəaliyyət göstərirdi.
Son illlərdə mümkün olan mülkiyyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib çıxarmışdır.
Üçüncü amil,ümumi iqtisadi siyasətlə-iqtisadiyyatın idarə edilməsinin mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması təsərrüfatların mənafeyinə uyğun gələn,təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan,təsərrüfat orqanlarının iqtisadi təşəbbüslərinə müvafiq pul resursları ilə vaxtında yardım edən bankların təsis edilməsi iqtisadi zərurətə çevrilir.
Dördüncü amil isə xərclərin ictimai zəruri səviyyəsidir.Məlumdur ki,bankların formalaşması prosesi bank işçilərinin əməyinin ödənilməsi və hesablama texnikasının alınması ilə əlaqədar xərclərlə bağlıdır.Bu kimi xərclər yeni bankın öz fəaliyyəti nəticəsində əldə edəcəyi mənfəətlə tutuşdurulmalıdır.Yeni qurulan bank zərərlə işləməməlidir. İdarəetmə sistemindəki bütün yenidənqurmalar süni surətdə idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir.
Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq olunur.
Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Milli Bank respublikanın mərkəzi bankı statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.
Azərbaycan Respublikası Mərkəzi Bankının yaranması çox da uzaq dövrə təsadüf etmir, onun tarixi böyük deyil.
Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı.
1996-cı ildə yeni bank qanunları hazırlanıb qəbul olundu və əvvəlki qanunlar öz qüvvəsini itirdi. Yeni qanuna görə, Mərkəzi Bank ali icra hakimiyyəti olan prezidentin tabeçiliyinə verilmiş və tamamilə hökümətin təsiri altına salınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı bütövlükdə dövlət mülkiyyətindədir. O, hüquqi şəxsdir, möhürü var. Mərkəzi Bank fəaliyyətində mənfəət güdmür, bütün vergidən azaddır, lakin xərcləri öz gəlirləri hesabına ödəyir. Mərkəzi Bank beynəlxalq maliyyə və kredit təşkilatlarında Azərbaycan Respublikasının mənafeyini təmsil edir.
Mərkəzi Bankın nizamnamə kapitalı 15 milyard manat həcmində müəyyən edilmişdir.
Ümumiyyətlə götürsək, Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatının inkişafında çox böyük rolu vardır. Belə ki, Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən milli valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Mərkəzi Bank normal pul-kredit siyasəti keçirməklə istehsalın inkişafına təkan verə, infilasiyanın səviyyəsini aşağı sala, işsizliyi nisbətən aradan qaldıra bilər. Bundan başqa Mərkəzi Bank respublikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir.
Mərkəzi Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində nəğd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.
Mərkəzi Bank kommersiya banklarının işinə nəzarət edir, onların fəaliyyətini tənzimləyir.
Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminii ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 2-i əsasən dövlət mülkiyyətinə əsaslanır. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsusdur. Bunlara aşağıdakılar aiddir:
1. Kapital Bank.
2. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.
Ölkədə bir çox özəl səhmdar kommersiya bankları mövcuddur. Hazırda fəaliyyət göstərən kommersiya banklarının digər qismi sahə banklarından ibarətdir.
Azərbaycanda bank qanunvericiliyi ölkədə xarici kapitalın iştirakı ilə olan bankların inkişafına xüsusi şərait yaratmışdır. Buna görə də, Azərbaycan respublikasının bank sistemində xarici kapitalın iştirakı ilə olan banklar artmaqdadır.
Hər bir bank yaradılarkən ilkin kapitala sahib olmalıdır ki, bu da onun nizamnamə fondudur. Nizamnamə fondunun yaradılması banklar üçün vacib və məcburidir. Banklar üçün nizamnamə kapitalının kifayət qədər olması mühüm amildir. Mərkəzi Bankın tələbi ilə bu banklar nizamnamə kapitalının həcmini 1998-ci ilin axırına kimi 1,25 mln ABŞ dollarına çatdırılmalıdır.
Kommersiya bankları bir sıra əməliyyatlar aparırlar ki, bunlardan ən əsası da əhalinin pul vəsaitlərinin banklara cəlb edilməsi və yerləşdirilməsidir. Banklar pul vəsaitlərinə olan ehtiyacın 90%-nə qədərini cəlb olunmuş vəsaitlər hesabına ödəyir. Bir çox ölkələrdə sərbəst vəsaitlərin 90-95-i əmanətlər formasında banklara cəlb olunur. Əmanətlərin həcmi ümumi məhsulun 20-30%-ə qədərini təşkil edir. Lakin Azərbaycan şəraitində əmanət işi olduqca zəif qurulmuşdur. Hazırda əmanətlərin ümumi məbləği ümumi məhsulun 1%-dən azını təşkil edir.
Cədvəl 1
Ölkələr | ABŞ | Yaponiya | Almaniya | B.Britaniya | Kanada | Azərbaycan |
Ümumi əmtəələrin ÜMM-də payı | 16,3 | 38,6 | 22,5 | 16,6 | 20,7 | 0,6 |
Əmanətlərin cəlb olunmamasının bir sıra mühüm səbəbləri vardır. Banklar vəsaitləri onlara haqq ödəməklə səfərbərliyə alırlar. Əgər bu vəsaitlər istifadəsiz qalarsa, bank tezliklə iflasa uğrayır və heç topladığı vəsaitlərin də haqqını ödəyə bilməz. Məhz buna görə, də banklar aldığı pulları gərək satsın. Buna görə də, Azərbaycan Respublikasında bankların işində kredit xidmətləri əsas yer tutur.
Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm də digər banklara satırlar.
Kredit bazarında kreditin qiymətinin müəyyən edilməsi çox vagib məsələlərdən biridir. Banklar vəsaitləri aşağı qiymətlə alır və daha yüksək qiymətə sataraq gəlir əldə edir. Kreditə təyin olunan qiymət kredit fondunun faizidir. Faizlər müxtəlif amillərin təsiri altında tələb və təklifin səviyyəsinə uyğun olaraq müəəyən olunur. Hal-hazırda Azərbaycan Respublikasında kommersiya bankları yalnız bir neçə bank xidməti həyata keçirirlər. Əvvəldə qeyd etdiyimiz kimi, dünya miqyasında kredit xidmətlərinin 200-ə yaxın növündən istifadə edilir. Azərbaycanda da bank sisteminin xidmət səviyyəsindən dünya bank sisteminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Bunun üçün bank sferasında olan böhran aradan qaldırılmalı, onun işi sağlamlaşdırılmalı və təkmilləşdirilməlidir.