.


:




:

































 

 

 

 


Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək istəməsi və Müaviyənin tənəsi




Tanınmış İslam tariçisi İbn Əbil Hədid yazır ki, Fatimə(s.ə) mədinəlilərin evinə gedib onları Əli(ə.s)-ni himayə etməyə çağırırdı. Müaviyənin bu barədə həzrəti-Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:

Adamların Əbu Bəkrə beyət edən günü gecə öz həyat yoldaşını dəvəyə mindirib Həsən və Hüseynin əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına gedib onları öz tərəfinə dəvət etməyin mənim heç yadımdan çıxmır. Zövcən və uşaqlarınla birgə sənin haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq dörd-beş nəfərdən başqa heç kim sənin sözünü qəbul etmədi. Canıma and olsun, əgər sən haqq olsaydın, onlar sənin sözünü qəbul edərdilər.[45]Lakin sənin etdiyin iddia batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki, əgər qırx nəfər möhkəm döyüşçüm olsa (tərəfdarım olsa), hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların Allahı sənin tərəfində deyildir.[46]

Malik ibn Nüveyrənin etirazı.

İltihabu-niranil-ihzan kitabının xülasəsində mühəqqiqlərdən bəzisi (Mühəqqiqi-Feyz) belə bir mətləbi qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:

Əbu Bəkrin beyəti sona yetən zaman Malik ibn Nüveyrə (Mədinədən bir qədər aralı öz tayfasından ayrı yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-Mühəmməd(s)-dən sonra kimin xəlifə olacağını yaxından öyrənmək məqsədi ilə Mədinəyə gəldi.

O gün cümə günü idi. Malik məscidə daxil olduqda Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub xütbə oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman dedi:

__ Bu, Təym tayfasındandır?

Dedilər:

__ Bəli.

Malik soruşdu:

__Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi tapşırdığı şəxs __ Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s))

Müğeyrə ibn Şöbə dedi:

__ Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-nin xilafəti məsələsi var idi, indi başqasının.)

Malik dedi:

Allaha and olsun, heç bir hadisə baş verməmişdir. Ancaq siz Allahavə Rəsuluna xəyanət edibsiniz.

Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:

__Ey Əbu Bəkr niyə Vəsiyyi-Rəsulullah (Əli(ə.s)) otura-otura minbərə sən çıxmısan?

Əbu Bəkr sərt cavab verdi:

__ Öz dabanına idrar edən (sidikləyən) bu ərəbi məsciddən qovun.

Ömər, Xalid və Qunfuz hər üçü qalxıb onu döyüb təhqir edərək məsciddən zorla çölə çıxartdılar.

Malik miniyinə minib bu şeri oxuya-oxuya Mədinədən öz yaşadığı yerə yola düşdü:

Biz Peyğəmbər(s) aramızda olana qədər ona itaət edirdik. Bəs ey müsəlmanlar, müsəlmanlarla Əbu Bəkr arasındakı bu münasibət hansı qanuna əsasəndir?! (mən hansı dəlilə əsasən ona beyət etməliyəm?) Əbu Bəkr öləndən sonra Ömər onun yerinə keçəcəkdir. Bu, çox sarsıdıcıdır. Ömər Əbu Bəkri müdafiə edir, onun eyiblərini örtür. Elə bil böyük bir cəmiyyətlə cihad edir və ya bir qəbrin kənarında əzadarlıq edir. Lakin əgər vəsiyyi-Peyğəmbər qiyam etsə, biz ona dəstək verəcəyik.

(Bəzi kitablarda şerin axırıncı misrası belə verilir: Əgər qüreyşlilərdən bizim aramızda coşqun xalq kütləsi hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq.)

Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi.

Elə ki Əbu Bəkrin beyəti rəsmiləşib sona yetdi, o, xalqın rəhbəri təyin olundu. Bu zaman Əbu Bəkr Xalid ibn Vəlidi çağırıb ona dedi: Sən şahidsən ki, Malik ibn Nüveyrə nə dedi?! Camaatın qarşısında necə mənə etiraz edib bizim əleyhimizə şerlər oxudu?! İndi diqqətli ol, biz onun məkr və hiyləsindən kənarda qalmalıyıq. Çox guman ki, hakimiyyətə zərər yetirəcək. Sən onu da, tərəfdarlarını da öldürüb, ailələrini əsir etməlisən. Çünki mürtəd olub zəkat vermirlər. Sənə qoşun verib onların üzərinə göndərirəm.

Xalid öz qoşunu ilə Malik ibn Nüveyrənin yaşadığı Bitah şəhərinə hərəkət etdi. Malik onun üstünə qoşun gəldiyini eşitdikdə qılıncını götürüb atın yəhərini bağlayaraq müdafiə olunmağa hazırlaşdı. Malik ərəb cəngavərlərindən sayılırdı. Onu yüz döyüşçüyə bərabər bilirdilər. Xalid Malikin nəyə qadir olduğunu bilirdi, ona görə də açıq döyüşdən çəkinib hiyləyə əl atdı. Malikə söz verdi ki, sən amanda olacaqsan. Malik onun sözünə inanmadı. Xalid xeyli and içib dedi ki, heç bir hiylə yoxdur. Malik onun andlarına inandı. Hətta Xalidi qoşunla birgə qonaq saxladı. Gecə yarıdan keçəndə Xalid silahdaşlarından bir neçə nəfərlə namərdcəsinə Malikin evinə soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra Malikin başını kəsib qazana qoydu. Həmin qazanda da o gecə qurbanlıq dəvə ətindən toy şənliyi üçün xörək bişirirdilər.

Təəccüblü burasıdır ki, Xalid Malikin kəsilmiş başı içində bişmiş xörəkdən yeməyi öz qoşununa əmr etmiş, sonra Malikin tərfdarlarının qadınlarını dindən çıxmış, mürtəd kimi ittiham edərək əsir aparmışdı.





:


: 2016-07-29; !; : 325 |


:

:

,
==> ...

1657 - | 1633 -


© 2015-2024 lektsii.org - -

: 0.014 .