.


:




:

































 

 

 

 


Səqifə mərsiyələrində şerlər




Adı çəkilən alim (Übeydullah Əsəd Abadi) yenə yazır ki, Nabiğeyi-Cuda[28] evindən çıxıb Peyğəmbər(s)-in vəfatından sonra camaatın vəziyyətini xəbər aldı. İmran ibn Həsi Səqifə toplanışı barədə ona şerlə cavab verdi. Şerin məzmunu təxminən belədir:

Əgər mən özümü o qalmaqal arasında tanısaydım, bir qurbanlıq kəsərdim. (Vəziyyət bu qədər qarışmışdı).

Nabiğə soruşdu:

__ Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir?

Ona cavab verdilər:

__ O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn etməklə məşğuldur.

O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:

Bəni-Haşim xanədanından olan bu əslə (yəni qabaqdan saçı tökülmüş) kişiyə__ Əli(ə.s)-yə deyin ki, xilafətin hörülmüş ipini açdın(yəni əldən verdin).Sən Qureyşin başçısısan. Dünən sənə möminlərin əmiri kimi salam verirdilər (Qədir-Xum əhvalatı), bu gün isə öz əhdlərinə vəfa etmədilər. Təym ibn Mərrə övladları (Əbu Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq oldular. O (Əli (ə.s)) isə sabah__ qiyamət günü onlarla düşmənçilik edəcək.

Səqifə əhvalatının baş verdiyi gün mədinəlilərin bayraqdarı Noman ibn Zeyd aşağıdakı şeri oxuyaraq İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların Peyğəmbər (s)-ə qarşı çıxmalarına çox təəssüf edib belə deyirdi:

Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın əzasına otur. Çünki xeyir ölmüş, onun yerini isə şər tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər seçdikləri şəxsdən başqa bir örnək yoxdur. Şəxsiyyətini tanımadıqları halda Əli (ə.s) kimi simanı hakimiyyətdən uzaqlaşdırdılar. Əli(ə.s)-nin vücudu gunəş kimi örtülməz. Onun Allahın qüdrəti ilə yüksələn qiymətli və Tanrı dərgahında böyük məqamı olan bayrağı heç vaxt bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə zülmətlərini gizlətsinlər, lakin heç vaxt buna nail olmayacaqlar.

Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu (yəni haqqı batildən ayıranı) və siddiqdir. O, Qureyşə sevinc bəxş etmişdir.

Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı namaz qılmayan və təkbir deməyən ziyan verənlər (münafiqlər) bunu dinin məsləhəti sandılar. Məhv olsun onlar ki, şeytana uyub yollarından azdılar!

Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül Mütəllib bu məzmunda şer oxudu:

Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-Əli(ə.s)-dir, çünki o, həmişə həzrəti-Mühəmməd(s)-lə bir yerdə olmuş, sevincini, kədərini bölüşmüş Peyğəmbər(s)-in yavəri idi. Əli (ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı qəbul edən ilk şəxsdir.

Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:

Bəni-Haşimdən olmayan, lakin Bəni-Haşimə göstəriş verən insanlara təəccüb edirəm. Bəni-Haşim Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, rəftar və alicənablıqda ona tay deyillər.

Ütbət ibn Əbi Ləhəb də şer oxudu:

Bəni-Təym tayfası (Əbu Bəkr) xilafəti zülmlə ələ keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə olan qohumluğuna hörmət etməyib, onun elmi məqamına (onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar.

Übadət ibn Samitin oxuduğu şer belə idi:

Niyə bu kişilər Əli(ə.s)-ni ona layiq olan xilafət məqamından uzaqlaşdırdılar.? Məgər başqalarına görə xilafət Əli(ə.s)-yə məxsus deyildimi?

Bəni-Cəhm xanədanından olan Əbdürrəhman Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:

Allaha and olsun! Lazım idi ki, dinin müdafiəçisi, iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş, alicənab, doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət edəydiniz. Həmin Əbül Həsənə, Əli(ə.s)-yə beyət edin ki, o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O, yeganə insandır ki, hamıdan ilkin Allah üçün namaz qılıb, təqva yolunu tutmuşdur. Belə olan halda (əgər Əli(ə.s)-yə beyət etsəniz) siz yolunuzu azandan sonra hidayət yoluna qayıdıb parçalanmağınıza səbəb olan səhvləri düzəldərsiniz. Əli(ə.s) sizə çətinliklərdə hamıdan çox kömək edəcək. O, Fatimə binti Əsədin oğludur.

Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara qoşulmuşdu:

Əli(ə.s)-nin ətrafında birləşib ona kömək edin, çünki o, Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi möhtərəm şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri aradan qaldırmaq üçün bir şəxs tapılmaz.

Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə deyirdi:

Ey Haşim oğulları, niyə Əhməd(s)-in mirası sizin əlinizdən ip yeyən tayfanın əlinə keçdi? Ey Əbdül mənaf xanədanı, aranızda ləyaqətli şəxslər ola-ola, necə bu gördüyüm şeylərə razı olursunuz? Xilafəti əldə saxlamaqda möhkəm durun. Bizə və bizim köməyimizə inanın. Vəzifə sahiblərindən hansı biri sizə tay ola bilər? Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə yaxın olmuşdur? Bəli, Təym və Ədiyy tayfaları biri-birinə bərabərdirlər. Lakin siz onlardan layiqli və üstünsünüz. Qureyşin böyük və izzətli məqamından sonra Təym tayfasının qapısını işıqlandırdılar. Döyüşsüz, qılıncsız onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların bu qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə məcruh[29], həm də qalib edəcəkdir.

Xəzimət ibn Sabit də baş verənlərə dərindən təəssüflənərək söyləyirdi:

Mən xilafətin Bəni-Haşimin əlindən çıxaraq Əli(ə.s)-dən alınmasını güman etmirdim. O, Quran və sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s) vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi ki, sonra Cəbrayıl Peyğəmbər(s)-ə qüsl verməkdə və kəfənə tutmaqda ona kömək etdi? Qoy biz onu xilafətdən uzaqlaşdıranı tanıyaq. Bilin və agah olun ki, sizin başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir.

Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:

Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan. Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi və o Həzrətin Əhli-beytinin üzvlərindən biridir. Sən xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz vəsisi təyin etdi.

Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:

Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu Bəkrin xəlifə seçilməyini halal bildiniz. Əli(ə.s) rəhbəriyyətə daha layiqli şəxs ola-ola, xilafətə Əbu Bəkri seçdiniz. Bu, bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir şeydir. Belə böyük vəzifəyə təkcə Əli(ə.s) layiqdir, ey nadanlıq yolunu gedən, Ömər As!





:


: 2016-07-29; !; : 274 |


:

:

: , .
==> ...

1550 - | 1521 -


© 2015-2024 lektsii.org - -

: 0.016 .