.


:




:

































 

 

 

 


Ayətullah Uzma Seyyid Əli Xameneidən bir neçə hədisin şərhi

1. Peyğəmbərimiz Həzrət Məhəmməd Mustafa (s) belə buyurub: İstədiyini yeyən, istədiyini geyinən və istədiyi işi görən insan bu istəkləriylə mübarizə etməzsə və onları tərk etməzsə, Allah ona diqqət yetirməz.

Cümlədəki ركب مايشتهي (rakibə mə yəştəhi) ibarəsi ehtimal olunur ki, sözün həqiqi mənasında istək və murad deməkdir. Yəni arzu edilən hər bir hərəkəti seçmək. Rakəbə kəlməsinin burada iş və hərəkət mənasında olması ehtimal olunur. Yəni insanın könlünün istədiyi hər işi edə bilməsidir.

Hər halda, bütün xeyirlərin başında duran və varlıq aləmindəki bütün insani kamilliyin əsası sayılan ilahi təvəccöh (diqqət) insanın bu hərəkətləri etməsiylə itirilir. Bu hərəkətlərin tərk edilməsi isə könüllü olaraq riyazətlə məşğul olmaq və həvəs göstərdikdə reallaşan hərəkətləri bir kənara buraxmaqla əmələ gəlir.

Bütün arzularına çata bilmək gücünə sahib olmayan insanlar, bu vəziyyətin qədrini bilməlidirlər. Çünki insanın həvayi-nəfsləri qarşısında meydanı boş görməməsi (istəklərini yerinə yetirməyə maneələrin olması) böyük bir nemət sayılmalıdır. Bir işi yerinə yetirmək iqtidarında olmağına baxmayaraq, onunla mübarizə edənlərin savabı olduqca çoxdur.

2. Rəsulu Əkrəm (s) belə buyurur: Dünya əldən ələ gəzər. İstədiyin şeylər zəifliyinə baxmayaraq səni tapar və sənin qüdrətin istəmədiklərinin səni tapmasının qarşısını ala bilməz. Gəlib keçənlərə diqqət yetirməyib dünya malına ümid bağlamayanlar, rahatlığa qovuşarlar. Allahın onlara verdiklərinə rizayət göstərənlərə (razı və qane olanlara) göz aydınlığı vardır.

دُوَل (Duvəl) sözü dövlət sözünün cəmi olub, əldən ələ gəzən mənasını verir.

Dünya varlıqlarının təbiətində davamlı dəyişmə vardır. Sahib olduğumuz mal, mövqe, imkanlar, sağlamlıq və afiyətin ömrümüzün sonuna qədər əbədi qalacağını sanmamalıyıq. Vəziyyət belə deyil və bunların əlimizdən alınması mümkündür.

Dünya kəlməsində nəzərdə tutulana gəlincə... Ondan ümidlərini kəsən, ona ümid bəsləməyən hər kəs özünü rahatlaşdırmışdır. Dünya qınanmışdır. Yəni insanın nəfsi (özü), həvaye-nəfsləri üçün istədiyi şeylərdir; əksinə olaraq, əməliyyatlarda (hərəkətlərində) ucalıq (kamillik) qazanmaq və ya uxrəvi (Axirət xarakterli) xeyirlər deyil... Vəzifədə irəliləmək və ya dünyanı məmur (xoş) etmək deyil... Dünyadan və dünyaya aid olanlardan nəzərdə tutulan bunlar deyil.

3. Nəbiyyi-Əkrəmdən (s) belə rəvayət edilmişdir: Bu üç xüsusiyyətə sahib olan bir insanda imanın xüsusiyyətləri tamamlanmış sayılır: Bir insana qarşı olan məhəbbətin onun (həmin şəxsin) batil hərəkətlərinə razılaşmağa (razılıq göstərməsinə) gətirib çıxarmaması; qəzəbli halda haqqa riayət edilməsi və qüdrətli olduğu zaman haqqı olmayan əməllərə müraciət edilməməsidir.

Bu rəvayət, iman üç xüsusiyyətə malikdir şəklində aydın olmamalıdır (başa düşülməməlidir). Nəzərdə tutulan məna budur ki, bu üç xüsusiyyət əgər bir kəsdə olsa, imanın xüsusiyyətləri onda toplanmışdır. Çünki bunların hər biri öz daxilində çoxlu sayda yaxşı sifətləri ehtiva etməkdədir.

Bir insanı sevib ona məhəbbət bəsləmək, sevgi sahibi olan kəsi batilə doğru sürükləməməli və haqsız yerə o insanın müdafiə olunmasına gətirib çıxarmamalıdır. Bundan əlavə qəzəb, o insanı səhv tutumlara və haqq dairəsindən çıxmasına səbəb olmamalıdır. Bu vaxt insan güc və qüdrət sahibi olmasına baxmayaraq, öz haqqı olmayan hərəkətlərə girməməlidir.

4. Peyğəmbərimiz Həzrət Məhəmməddən (s) belə nəql edilmişdir: İki növ ədəb və həya vardır: Ağlın həyası və axmaqlığın həyası. Ağlın həyası elmdir. Axmaqlığın həyası isə cəhalətdir.

Ağlın həyası insanın əqlə söykənərək (istinad edərək) həya duyğusuna sahib olmasıdır. Eynilə, günahın işlənməsi əsnasında duyulan utanc və ya hörmətli insanlar qarşısındakı tərbiyəli davranışlar kimidir. Bu, elmin həyasıdır, yəni şüurlu bir utancaqlıqdır. Cəhalətin həyası isə soruşmaq, öyrənmək, ibadət etmək və buna bənzər hərəkətlərdən çəkinməkdir. Eynilə, bəzi insanlar kimi ətraflarda namaz qılmaqdan utanıb çəkinmələri kimi. Bu utancaqlıq cahili bir davranışdır.

5. Xatəmul-Ənbiya Məhəmməd Mustafa (s) bir hədisində belə buyurmuşdur: Sizin ən xeyirliniz əxlaq baxımından ən yaxşı olanınızdır. Onlar insanlarla ülfətlə davranar və başqaları da onlara ülfətlə yanaşarlar.

Sizin ən yaxşı olanlarınız xalqla olan davranışlarında hər kəsdən daha yaxşı əməl edənlərdir. Gülərüzlü olmaları xalqın onlara sevgi bəsləməsinə səbəb olar.

Rəvayət, şəri mükəlləfiyyətlərini yerinə yetirməyən, lakin gülərüz olan hər kəsin, dini vəzifələrini yerinə yetirən lakin gülərüzlü olmayan kəslərə tərcih edildiyi (onlardan üstün olmaları) mənasını vermir. Hədisdə vəzifələrini yerinə yetirən mömin bir insanın yumşaq xasiyyətli olması təqdirdə, gülərüzlü olmayan möminlərdən əvla olduğu vurğulanmaqdadır.

6. Peyğəmbərimiz Hz. Məhəmmədlə (s) əlaqədar belə bir rəvayət vardır: İslam peyğəmbəri Hz. Məhəmməd Mustafanın (s) yanına gələn bir kəs, peyğəmbərimizin ona bir tövsiyə etməsini istəyir. Rəsuli-Əkrəm (s) belə buyurur: Qəzəblənmə, qəzəblənmə...Güclü olmaq başqalarını yerə sərməklə deyil, qəzəb anında nəfsinə sahib çıxmaqla isbat edilir.'"

Qəzəb insanın əsəbləşməsi, iradi (ixtiyari, bilərəkdən) olmayan bir hərəkət deyil. İradə daxilindədir. Demək, əsəbi davranmamaq və hirslə hərəkət etməmək məcburiyyətindəyik. Qəzəb anında başqalarını yerə sərmək igidlik deyil və qəzəbini məğlub edə bilən insan igiddir. Burada əsəbi hərəkət etmək dedikdə nəzərdə tutduğumuz keçici əsəbilik deyil, bir insandan narahat olan bir kəsin həyatın müxtəlif hissələrində onu izləyib durması və fürsət düşdükdə ondan qisasını alması şəklindədir. İnsan hirs və şəhvətini cilovlaya bilsə, bunun təsirlərini həyatı boyunca hiss edər.

7. Rəsuli-Əkrəm (s) belə buyurur: Allahın mömin üçün müqəddər buyurduğu hər şeyin onun xeyrinə olması maraqlıdır. İstədiyi, ya da istəmədiyi hər şeyin. Xəstəliyi günahının kəffarəsidir və kərəm və neməti də onun üçün bir mükafatdır.

Allah təala mömin qulları üçün hər şeyin yaxşı və gözəlini istəyir. İstər xəstəliklər kimi onu narahat edən və istərsə onu sevindirən hadisələrdə...

Möminin kədərlənməsinə səbəb olan hadisələr onun günahlarının kəffarəsidir və onu sevindirən hadisələr də ilahi bir lütfdür.

Hafizin şeirlərində də buna bənzər məzmunlara rast gəlinir: Təriqətdə salikin başına gələn hər şey onun xeyrinədir. Ancaq Hafiz bu mənanı yalnız salikə xas olaraq qələmə verir. Halbuki bu hədisi-şərifdə mütləq olaraq mömindən danışılır.

8. Peyğəmbərimiz Hz. Məhəmməddən (s) belə nəql edilmişdir: 'Möminin möminə Allah üçün məvəddət göstərməsi imanın ən böyük şöbələrindəndir. Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün bağışlamaq və Allah üçün bağışlamamaq... Belə bir şəxs seçilmişlər zümrəsindəndir (dəstəsindəndir).

Dostluqlar, düşmənçiliklər, bağışlamalar və bağışlamamanın lazım gəldiyi yerlərdə də bağışlamamaq... Bunların hamısı əgər Allah üçün olsa, insanı möminlərin mövqeyindən də yüksəkdə olan seçilmişlər dərəcəsinə yüksəldər.

Tərcümə etdi: Fərid Abdullah

khamenei.ir



<== | ==>
While I'm Still Here-killerxshark | . , 3 .
:


: 2017-01-28; !; : 194 |


:

:

: , .
==> ...

2063 - | 1697 -


© 2015-2024 lektsii.org - -

: 0.012 .