.


:




:

































 

 

 

 


Təkmil Rəqabət Bazarında Qiymətin Əmələ Gəlməsi

VIII DƏRS

TƏKMİL RƏQABƏT BAZARI VƏ FİRMA TARAZLIĞI

Bazar Anlayışı

Bazar, əmtəə və xidmətlərə olan tələblə onların təklifinin qarşılaşdığı yerdir. Başqa cür ifadə etsək bazar; istehlakçılarla istehsalçıların bir yerə gəldikləri yerdir, məkandır.

Bəzən bazarın meydana gəlməsi üçün bir yerə (məkana) ehtiyac yoxdur. Məsələn, buğda ıstehsal edib onu təklif edən bir fermerlə, bu buğdanı tələb edən bir tacir telefon vasitəsi ilə qiymətdə razılaşması nəticəsində satış həyata keçirilərsə, belə olan halda da bazarın əmələ gəldiyini qeyd emtək olar. Digər tərəfdən, müasir dövrdə internet vasitəsilə həyata keçirilən ticari əməliyyatlar üçün də fiziki bir məkana ehtiyac duyulmur. Beləliklə, bazarın meydana gəlməsi üçün çox vaxt bir məkana ehtiyac duyularkən, bəzi hallarda isə buna ehtiyac duyulmaz.

İqtisadçılar bazar və onun növləri haqqında tədqiqat apararakən məkan anlayışında fərqli olaraq müxtəlif amillərə üstünlük verirlər. İqtisadçılar üçün bazar illə əlaqəli ən mühüm amil tələb və təklif edənlərin xüsusiyyətləri və bazardakı rəqabətdir şəraiti və səviyyəsidir.

Bu baxımdan, iqtisad elmində bazarların iki əsas qrupda təsnifatı aparılır:

Təkmil Rəqabət Bazarı,

Qeyri Təkmil Rəqabət Bazarları.

Təkmil rəqabət bazarı müxtəlif özünəməxsus xüsusiyyətlərə malik olan və real həyatda demək olar ki, rast gəlinməyən və hər ölkənin iqtisadiyyatında reallaşdırılması istənən bazar növüdür. Təkmil rəqabət bazarın xüsusiyyətlərindən hər hansı biri reallaşmadığı zaman, qarşımıza qeyri təkmil rəqabət bazarlarıı çıxar. Bu baxımdan, reallaşmayan xüsusiyyətə bağlı olaraq, çox sayda qeyri təkmil rəqabət bazarıları mövcud olmasına baxmayaraq, sadəcə tək təkmil rəqabət bazarı vardır. Məhz buna görə, Təkmil Rəqabət Bazarı ifadəsi sözün tək halında, Qeyri Təkmil Rəqabət Bazarları isə cəm halında işlədilən bir ifadədir.

Təkmil Rəqabət Bazarının Xüsusiyyətləri

Hər hansı bir bazarın təkmil rəqabət bazarı olmasından bəhs edə bilməyimiz üçün o bazarın dörd əsas xüsusiyyətə malik olması lazımdır (təkmil rəqabət bazarı haqqında irəli sürülən fərziyyələr):

Bazarda eyni məhsulu istehsal edən və satın almaq istəyən çox miqdarda (qeyri məhdud miqdarda) istehsalçı və istehlakçı mövcuddur,

Təkmil rəqabət bazarında təklif olunan və ya satılan məhsullar bircinslidir (Homogenlik və ya eynilik xüsusiyyəti),

İstehlakçılar və istehsalçılar bazar haqqında ətraflı (bütün) informasiyaya malikdirlər (Şəffaflıq prinsipi),

Təkmil rəqabət bazarında istehlakçıların və istehsalçıların bazara girişləri və çıxışları ilə əlaqəli heç bir məhdudiyyət və əngəl mövcud deyil; bu barədə istehlakçı və istehsalçı tamamilə sərbəstdir.

Bazarda eyni məhsulu istehsal edən və satın almaq istəyən çox miqdarda (qeyri məhdud miqdarda) istehsalçı və istehlakçı mövcuddur.

Təkmil rəqabət bazarında çox miqdarda alıcı və satıcı mövcuddur. Buna görə də sadəcə bir istehsalçının istehsal və ya satış miqdarı, o məhsulun bazardakı məcmu satış miqdarının tərkibində əhəmiyyətsiz dərəcədə az bir paya malikdir. Beləliklə, bir firma satış miqdarını artırarsa və ya azaldarsa, hətta sıfıra qədər də azaldarsa, məhsulun qiymətində hansısa bir dəyişmə meydana gəlməz. Yəni hər bir firma bazarda formalaşan qiyməti qəbul etmək məcburiyyətindədir. Eyni hal alıcılara da şamil olunur. Təkmil rəqabət bazarında alıcılar da çox miqdarda olduğuna üçün istehlakçılarda hər hansı birinin o məhsuldan daha çox və ya daha az satın alma qərarı məhsulun qiymətinə təsir etməz. Bunların (istehlakçı və istehsalçı) heç biri fərdi qaydada bir məsulun bazarda müəyyən olunmuş qiymətinə təsir edə bilməz. Məhsulun bazar və mübadilə miqdarları ancaq və ancaq fərdlərin hamısının ümumi davranışına bağlı olaraq reallaşır.

Təkmil rəqabət bazarında istehsal olunan və ya satılan məhsullar bircinslidir (Homogenlik və ya eynilik xüsusiyyəti),

Homogenlik xüsusiyyətli bazarda, müəyyən bir əmtəə və ya xidməti istehsal edən çox miqdardda firma olsa da, istehsal olunan hər məhsul arasında obyektiv vəya sübjektif bir fərqin olmaması lazımdır.

İstehlakçılar məhsullar eyni olduğu üçün məhsul qrupları qarşısında qeydsizdirlər; başqa bir ifadəylə istehsalçıların hamısı eyni keyfiyyətdə və mənşədə əmtəə istehsal edirlər. Buna görə də, təkmil rəqabət bazarında nə ticari marka və ünvan, nə reklam nə də bir birinə yaxın dərəcədə əvəzləmə əmtəələri mövcuddur.

İstehlakçılar və istehsalçılar bazar haqqında ətraflı (bütün) informasiyaya malikdirlər (Şəffaflıq prinsipi),

Bu prinsipə görə alıcı və satıcılar bazarda baş verən bütün hadisələr haqqında kifayət qədər informasiyaya malikdirlər. Bu xüsusiyyətə görə alıcı və satıcılar əmtəə və xidmətlərin qiymətləri, istehsal miqdarları və keyfiyyətləri haqqında dolğun məlumatlara malik olub, bunlardan hər hansı birindəki dəyişikliklərdən anında xəbərdar olurlar. Məhz buna görə də, istehsalçı və istehlakçılar bazarda təhlükəsizlik şəraitində fəaliyyət göstərirlər.

Təkmil rəqabət bazarında istehlakçıların və istehsalçıların bazara girişləri və çıxışları ilə əlaqəli heç bir məhdudiyyət və əngəl mövcud deyil; bu barədə istehlakçı və istehsalçı tamamilə sərbəstdir.

Bu xüxusiyyətə görə bütün istehsal amillərinin, alıcı və satıcıların, əmtəə vəya xidmətlərin bütövlükdə bazarda müxtəlif məqsədlərlə iştirak edən bütün amillərin bazara girişləri və çıxışları təmamilə sərbəstdir.

İqtisadiyyatın bir seqmentindən başqa bir seqmentə keçid heç bir əlavə xərc tələb etməz. Bir seqmentdə fəaliyyətdə göstərən bir firma, heç bir problemlə üzləşmədən başqa seqmentə keçə bilər.

Bütün bu xüsusiyyətləri nəzərə alaraq, təkmil rəqabət bazarı haqqında aşağıdaki kimi yekun bir fikir irəli sürmək mümkündür:

- təkmil rəqabət bazarında alıcı və satıcılar bazar qiymətinə təsir edə bilməyəcək qədər çox miqdadadır, satılan məhsullar bircinslidir, bazara girişlər və bazardan çıxışlar sərbəstdir və bazarda iştirak edən bütün alıcı və satıcılar bazarda baş verən bütün hadisələrdən xəbərdardır. Belə olan hada, təkmil rəqabət bazarında müəyyən bir məhsulun sadəcə bir qiyməti var və alıcılar bu qiymətdən əmtəələri satın almağa, satıcılar isə satmağa razıdırlar.

Bu izahatlara istinadən təkmil rəqabət bazarının sadəcə nəzəri cəhətdən mövcud ola biləcəyini qeyd etmək lazımdır. Çünkü, real həyatda bu dörd xüsusiyyətin asanlıqla eyni vaxtda (bərəbər) reallaşması qeyri mümkündür.

Təkmil Rəqabət Bazarında Qiymətin Əmələ Gəlməsi

Təkmil rəqabət bazarınnın xüsusiyyətlərinə görə müəyyən bir əmtəə vəya xidmətin təklifi və onlara olan tələb heç bir məhdudiyyət olmadan qarşı-qarşıya gələ bilər. Belə olan halda, bazarda bir əmtəənin qiyməti, o əmtəəni satmaq istəyənlərlə almaq istəyənlərin razılaşması nəticəsində əmələ gələcəkdir.

Tələb və təklif bazarda qarşı-qarşıya gəldiyi zaman, təkilf edilən miqdarlarla tələb edilən miqdarları bir-birinə tarazlaşdıran qiymət, təkmil rəqabət bazarı qiyməti (tarazlıq qiyməti) olacaq. Əmtəə təklifi qiymət dəyişiklikləriylə eyni istiqamətdə, tələb edilən əmtəə isə əks istiqamətdə hərəkət etdikləri üçün ikisi də müəyyən bir qiymət səviyyəsində mütləq bir-birinə bərabər olacaqdır.

Təkmil rəqabət bazarında tarazlıq qiyməti eyni zamanda bazar üçün maksimum ticarət həcmini təmin edir. Təkmil rəqabət bazarında formalaşan bu qiymətdən əmtəələri istehlak etmək istəyənlər olduğuna üçün istehsal edilən bütün məhsullar satılar. Yəni bu vəziyyətdə, istehsalçıların istehsal edərkən əldə etmək istədikləri mənfəətin, istehlakçıların isə istehlak edərkən əldə etmək istədikləri faydanın maksimum səviyyədə reallaşması mümkün olur.

İstehlakçı Artıqlığı (Rentası)

İstehlakçı Artıqlığı: tarazlıq qiymətindən artıq qiymətlərdən bir əmtəəni satın almağa razı olan alıcıların bu əmtəəni tarazlıq qiymətindən aldıqları zaman əldə etdikləri mənfəətdir.

İstehsalçı Artıqlığı (Rentası)

İstehsalçı artıqlığı: istehsalçının bir əmtəəni tarazlıq qiymətindən aşağı bir qiymətdən satmağa razı olduğu halda, onu tarazlıq qiymətindən satması vəziyyətində əldə etdiyi mənfəətdir.

Təkmil Rəqabət Bazarı Modelində Firmanın Əmtəəsinə Olan Tələb, Tələb Əyrisi və Firmanın Gəlirləri

Təkmil rəqabət bazarında firmanın istehsal etdiyi əmtəəyə olan tələb miqdarını təkmil rəqabət və inhisar bazarlarındakı bəzi xüsusiyyətləri müqayisə edərək müəyyənləşdirmək mövzunu daha aydın başa düşmək üçün fikrimizcə ən yaxşı metoddur. Belə ki, təkmil rəqabət bazarında iştirak edən hər satıcı firmanın əmtəəsinin bazar qiymətini sabit qiymət olaraq qəbul etmək məcburiyyətində olduğu üçün firmanın istehsal etdiyi əmtəənin qiyməti; əmtəəyə tələb olsun vəya olmasın, dəyişməz. Yəni firmanın istehsal etdiyi əmtəəyə olan tələb nə qədər artarsa artsın qiymət dəyişməz. Bu vəziyyəti aşağıda soldakı şəkil göstərir. Şəklə görə təkmil rəqabət bazarında tələb əyrisi əmtəə miqdarını göstərən koordinat xəttinə paralel olaraq çəkilir və tək qiymət vəziyyətini ifadə edir.

İnhisar bazarda isə müəyyən bir əmtəəni istehsal edən və təklif edən təkcə bir firma olduğu üçün əmtəənin bazar tələbi bu firma tərəfindən müəyyənləşdirilir və qiymət artımları qarşısında firmanın istehsal etdiyi əmtəəyə olan tələbin, bazar tələbi kimi azalan bir funksiya olduğunu söyləmək mümkündür. Sağdakı şəkil isə inhisar bazarında tələb əyrisini göstərir. Burada isə müxtəlif qiymətlər qarşısında müxtəlif tələb miqdarları mövcuddur.

Şəkillərdə gördüldüyü kimi firmanın tələb əyrisi təkmil rəqabət və inhisar bazarlarında fərqlidir. Təkmil rəqabət bazarında firma satılan hər əmtəə vahidən eyni miqdarlarda gəlir əldə etdiyi halda, inhisar bazarında firma satılan hər bir əmtəə vahidi üzrə fərqli gəlirlər əldə edir. Bu səbəbdən, hər iki bazarda əldə edilən firma gəlirini bazarları bir-birindən ayıraraq araşdırmamız lazımdır. Bu bölmədə yalnız təkmil rəqabət bazarında fəaliyyət göstərən bir firmanın əldə edəcəyi gəlir araşdırılacaq.

Ümumi Gəlir (TR)

Bazarın növü nəzərə alınmadan hər hansı bir bazar üçün firmanın ümumi gəliri istehsal etdiyi əmtəənin satış qiyməti ilə satış miqdarının hasilinə bərabərdir. Təkmil rəqabət bazarında qiymət sabit olduğu üçün ümumi gəlirin artması üçün satışın mütləq artması lazımdır.

Orta Gəlir (AR)

İstehsalçının tələb olunan məhsulların bir ədədi üzərinə düşən gəliri ifade edən orta gəlir (AR), təkmil rəqabət bazarında satış qiymətinə bərabərdir.

         
   
 
 
 
   

 


Təkmil rəqabət bazarında firma məhsulunu həmişə eyni qiymətdən satdığı üçün orta gəlir həmişə sabit qalır.

Son Hədd Gəliri (Marjinal Gəlir - MR)

İstehsalçının sattığı son əmtəə vahidindən əldə etdiği gəlirə, son hədd gəliri deyilir. Təkmil rəqabət bazarındakı firma qiyməti həmişə sabit ədəd kimi qəbul etdiyi üçün satdığı əlavə məhsuldan yenə, o məhsulun qiyməti qədər gəlir əldə edəcəkdir. Yəni son hədd gəliri də orta gəlir kimi məhsulun qiymətinə bərabər olacaqdır.

 
 

 


olaraq qəbul etsək, onda,

 
 

 

 


olar.

 

Təkmil Rəqabət Bazarı Modelində Firma Tarazlığı

Əvvəlki bölmədə istehsalçının əmtəə və xidmətləri istehsal etmək və onun satışını təşkil etmək üçün lazım olan xərcləri nəzərdən keçirdik. Sonra isə firmanın istehsal etdiyi bu məhsulların satışından əldə etdiyi gəlirləri və onlarla aid müxtəlif anlayışları araşdırdıq.

Bu bölmədə isə firmanın istehsal xərcləri ilə bu istehsal olunan məhsulların satışından əldə etdiyi gəlirləri müqayisə edib, firma üçün mənfəət maksimumunu, yəni "firma tarazlığında istehsal səviyyəsi" vəziyyətini araşdırılacaq.

Bunun üçün firma üçün "başabaş" və "mənfəət" nöqtələrini bilməmiz lazımdır. Başabaş nöqtəsi (normal mənfəət) firmanın istehsal xərcləri ilə əldə etdiyi gəlirin bərabər olduğu;

 
 


yəni gəlirin xərclərdən artıq olduğu mənfəət halından söz edilir. Hər iki hal üçün; normal mənfəətin əldə edildiği başa baş nöqtəsi və gəlirlərin xərclərdən artıq olduğu mənfəət nöqtələrində, söhbət iqtisadi mənfəətdən gedir. Başa baş nöqtəsində istehsalçı mənfəət etmir kimi görünsə də normal mənfəət adı altında örtülü xərclər qədər gəlir əldə edir.

Təkmil Rəqabət Bazarı Modelində Firma Tarazlığı (Firmanın Mənfəətini Maksimumlaşdırdığı İstehsal Səviyyəsi)

Firmanın mənfəətini maksimumlaşdırma prinsipi: bazar növü hansı bazar olarsa olsun firma mənfəətini maksimumlaşdırmaq üçün son hədd gəlirləri əyrisi ilə son hədd xərcləri əyrisinin kəsişdiyi nöqtədəki (MR=MC) miqdarda məhsul istehsal etməlidir.

 

Yuxarıdakı şəklin aşağı hissəsəndəki şəkildəki parametrləri nəzərə alıb firmanın təkmil rəqabət bazarında qısamüddətli dövrdə mənfəət baxımından qarşılaşa biləcəyi vəziyyətləri aşağıdakı şəkillərlə göstrmək olar:

Təkmil Rəqabət Modelində Firmanın Qısamüddətli Dövr Təklif Əyrisi (Firmanın Məhsuluna Olan Tələb Əyrisi)

 

P > AC isə firma normal mənəətdən artıq mənfəət (mənfəətin maksimumlaşdırması), P < AC ise firma zərər, P = AC ise firma sadəcə normal mənfəət əldə edir.

Firmanın qapanma nöqtəsi: əmtəənin qiymətinin orta dəyişən xərclərə bərabər olduğu istehsal səviyyəsidir.

Firmanın Qısamüddətli Dövr Təklif Əyrisi: son hədd xərcləri (MC) əyrisinin orta dəyişən xərclər (AVC) əyrisinin yuxarısında qalan qismidir.

Firmanın qısamüddətli dövr təklif əyrisi müxtəlif qiymət səviyyələrində firmanın istehsal etmək və satmaq istədiyi əmtəə miqdarlarını göstərir. Qısamüddətli dövr təklif əyrisinin orta dəyişən xərc əyrisinin minimum nöqtəsindən başlamasının səbəbi bu qiymətdən aşağı bir qiymətdən firmanın bazara əmtəə satmayacağıdır. Çünkü firma qapanma nöqtəsindəki qiymətdən aşağı qiymət səviyyəsində daimi və dəyişən xərcləri qarşılaya bilmir.

Uzunmüddətli Dövrdə Təkmil Rəqabət Bazarında Firma Tarazlığı (Mənfəətin Maksimumlaşdırılması)

Firmanın qısamüddətli dövrdə əldə etdiyi normal mənfəətdən artıq mənfəət (maksimum mənfəət), uzun dövrdə bazara giriş çıxış sərbəstliyi prinsipinə görə yeni firmaların da bazara girməsi səbəbiylə təklifdə artım olacaq və qiymət də azalacaqır. Beləliklə firma yenidən normal mənfəət əldə edəcəkdir. Buradan çıxarılan nəticəyə görə normal mənfəətdən artıq mənfəət sadəcə qısamüddətli dövr üçün mövcud olan bir haldır.

Təkmil rəqabət bazarında firma tarazlığını izah edərkən çəkdilən əyridə də göründüyü kimi uzunmüddətli dövrdə qiymətlər azalacağı üçün TR əyrisi də azalmağa başlayacaq və TC əyrisinə toxunan olana qədər davam edəcəkdir. Bu nöqtə, təkrar bizə başabaş nöqtəsini, yəni firma üçün normal mənfəət vəziyyətini verəcək. Bu nöqtə eyni zamanda qiymətin ən az orta xərcə bərabər olduğu nöqtədir:

Qiymət=Orta Xərclər=Son Hədd Xərcləri=Son Hədd Gəliri

 

Uzunmüddətli Dövrdə Firmanın Təklif Əyrisi (Firmanın Məhsuluna Olan Tələb)



<== | ==>
| .
:


: 2017-01-28; !; : 3215 |


:

:

- , 20 40 . - .
==> ...

1783 - | 1746 -


© 2015-2024 lektsii.org - -

: 0.047 .