.


:




:

































 

 

 

 


Fərqsizlik Əyriləri




Faydalılıq funksiyasının xüsusiyyətlərindən bəhs edərkən axırıncı xüsusiyyətə görə əmtəələrin çox kiçik vahidlərə bölünə biləcəyi və bir-birləri ilə davamlı olaraq əvəzlənə biləcəyini bir fərziyyə kimi ifadə etmişdik. Bunu fərqsizlik əyrilərini əldə etmək üçün birinci fərziyyə olaraq nəzərə alacıq.

Digər tərəfdən, yenə əmtəə toplusunun "n" sayıda məhdud əmtəələrdən meydana gəldiyini, ancaq biz təqdiqatlarda iki dəyişənlərdən istifadə etdiyimiz üçün fərqsizlik əyrilərini əldə etmək üçün də yalnız iki əmtəə arasında tədqiqat aparacağıq. Yəni ikinci fərziyyəmiz əmtəə sayının iki (X, Y əmtəələrində istehlak edildiyi) olduğudur.

İndi isə istehlakçının X və Y əmtəələrindən istehlak etdiyi miqdarları koordinat xəttlərində göstərək və yenə istehlakçının hər iki əmtəənin istehlakından əldə etdiyi ümumi faydalılığı hesablaya bildiyimizi fərz edirik (Burada faydalılığın miqdar nəzəriyyəsindən istifadə etdiyimiz aydındır).

Əmtəələrin, sonsuz kiçik miqdarlarda bir-birləri ilə əvəz oluna biləcəyini fərz etdiyimizə görə, bu nöqtələri sonsuz miqdarda artırmaq mümkündür. Bu nöqtələri birləşdirdiyimiz zaman əldə etdiyimiz əyriyə fərqsizlik ya da etinasızlıq əyrisi adını veririk. Bu əyri üzərindəki A və B kimi iki nöqtənin təmsil etdiyi əmtəə bölgüsü istehlakçıya, tərifə görə eyni ümumi faydalılıq verdiyi üçün bu əyriyə bərabər faydalılıq, digər tərəfdən isə A və B vəziyyətlərinin istehlakçının ümümi faydalılığı baxımından fərqsiz olduğu üçün də fərqsizlik əyrisi adını veririk.

Başqa cür ifadə etsək, fərqsizlik əyrisi, istehlakçıya müəyyən bir ümumi faydalılıq təmin edən iki əmtəənin müxtəlif istehlak bölgülərini göstərən nöqtələrin həndəsi yeridir.

Fərqsizlik Əyrilərinin Xüsusiyyətləri

Fərqsizlik əyrilərinin, faydalılıq funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla qəbul olunan beş xüsusiyyəti vardır:

Fərqsizlik əyrisi üzərindəki hər nöqtə, isehlakçıya eyni ümumi faydalılıq təmin edən istehlak bölgülərini göstərir.

Əmtəə müstəvisinin hər nöqtəsindən bir fərqsizlik əyrisi keçər və fərqli fərqsizlik əyriləri arasında ordinat nöqtəsindən (sıfır nöqtısindən) ən uzaqda olan ən yüksək faydalılıq təmin edər.

Fərqsizlik əyriləri əsla bir-birini kəsməzlər.

Fərqsizlik əyriləri mənfi (neqativ-azalan) meyllilikdədir.

Fərqsizlik əyriləri ordinat nöqtəsinə görə xaricə kənar əyrillərdir.

Mtəə müstəvisinin hər nöqtəsindən bir fərqsizlik əyrisi keçər və fərqli fərqsizlik əyriləri arasında ordinat nöqtəsindən (sıfır nöqtısindən) ən uzaqda olan ən yüksək faydalılıq təmin edər.

Faydalılıq funksiyasının birinci xüsusiyyəti, yəni ümumi faydalılığın istehlak edilən əmtəələrin artan və davamlı bir funksiyası olduğu xüsusiyyəti fərqsizlik əyrilərinin ikinci xüsusiyyətini açıqlamaqdadır. Buna görə də, XY müstəvisinin hər nöqtəsindən bir fərqsizlik əyrisi keçər və bu əyrilər sıfır nöqtəsindən uzaqlaşdıqca daha yüksək məcmu faydanı təmsil edərlər.

İstehlakçı istehlak etdiyi əmtəə miqdarını artırdığı vaxt daha yüksək faydalılıq əldə etdiyi üçün A nöqtəsinin sağ yuxarısında qalan ADCB sahəsindəki hər nöqtə, A nöqtəsinə görə daha çox istehlak miqdarını göstərrir. Yəni C, B və D nöqtələrində əldə edilən ümumi faydalılığın hər biri A nöqtəsindəki ümumi faydadan çoxdur. Bu səbəbdən, iki fərqli əmtəə müstəvisini ifadə edən i və ii fərqsizlik əyrilərindən arasında daha yüksək istehlak miqdarını və ümumi faydalılığı göstərən ii fərqsizlik əyrisi daha az istehlak miqdarını və ümumi faydalılığı göstərən i əyrisinə paralel qaydada sağ tərəfdə yerləşir və sıfır nöqtəsindən daha uzaqdadır.





:


: 2017-01-28; !; : 777 |


:

:

, , 1:10
==> ...

1893 - | 1807 -


© 2015-2024 lektsii.org - -

: 0.006 .