.


:




:

































 

 

 

 


Müstəqil işləmək üçün tapşırıqlar




1-11 saylı tapşırıqlarda s1, s2 və s3 sətir tipli dəyişənləri verilmişdir. Onlar aşağıdakı qiymətləri alırlar:

s1= Azərbaycan Dövlət Neft Akademiyası;

s2= Tətbiqi Riyaziyyat kafedrası;

s3= Alqoritmik dillər və proqramlaşdırma.

1. s1, s2, s3 sətirlərindən hər birinin uzunluğunu tapın. Bu sətirlərdən hansının ən uzun qiymətə malik olduğunu təyin edin.

2. s1sətrindəki kiçik hərfləri böyük hərflərlə əvəz edin.

3. s2 sətrindəki simvollar s1 sətrindəki simvolların neçə faizini təşkil etdiyini təyin edin.

4. s1 sətri ilə s2 sətrini birləşdirin.

5. s1, s2, s3 sətirlərinin hər birində a hərfinin neçə dəfə iştirak etdiyini təyin edin.

6. s2 sətrində R hərfi ilə başlayan sözü tapın.

7. s3 sətrində saitlərin sayı ən çox olan sözü tapın.

8. s1 sətrindəki böyük hərfləri yeni bir s4 sətrinə yazın.

9. s3 sətrində ardıcıl iki eyni hərfin olmasını müəyyənləşdirin.

10. s3 sətrinin əvvəlinə Müasir sözünü əlavə edin.

11. Klaviaturadan daxil olunmuş məlumatı nöqtə və tirelər ardıcıllığına (Morze əlifbasına) çevirən teleqraf proqramı yazın. Morze əlifbası üçün nümunə aşağıda verilmişdir:

 

A .- B ..- C .-- D -. E ...-
F ..-- G ...- H --.- İ --. J -..
K -.- L -.-- M --.- N ---. O -..-
P .-. Q --.. R -.-.- S --.- T -..
U -... V -.-.. X ---.. Y -.-.. Z -.--.

 

12. Klaviaturadan daxil edilən sətrin ikilik kodda olmasını yoxlayan proqram yazın.

13. Klaviaturadan daxil edilən ifadəsinin qiymətini hesablayan proqram yazın. Burada Ni birrəqəmli tam ədəddir, Oi isə (+) toplama və (-) çıxma əməllərindən biridir (məsələn, 4+3-2+5+6-1).

14. Klaviaturadan daxil edilmiş sətrin tam ədədlərdən təşkil edildiyini yoxlayan proqram yazın. Məlumatı ekrana çıxarın.

15. Klaviaturadan daxil edilmiş sətrin onaltılıq kodda olmasını yoxlayan proqram yazın.

16. Klaviaturadan daxil edilmiş sətri aşağıdakı kimi çapa verən proqram yazın:

t ə h s i l
ə h s i i s h ə
l i s h ə t
 

17. Verilmiş sətirdə saitlərin sayını təyin edən proqram yazın.

18. Verilmiş simvol sətrinin polindrom olmasını yoxlayan proqram tərtib edin.

19. Əhalisinin sayı göstərilməklə səhərlərin siyahısı verilmişdir. Əhalisinin sayı ən az olan şəhərin adını çapa verən proqram tərtib edin.

20. Imtahan sessiyasının nəticələrinə görə aşağıdakı qaydada tələbələrə təqaüd təyin edilməsi üçün proqram yazın:

- əgər bütün qiymətlər 5-dirsə, onda ən yüksək təqaüd təyin edilsin;

-əgər bütün qiymətlər 4 və 5-dirsə, onda adi təqaüd təyin edilsin;

- əgər hər hansı fəndən 3 qiymət olarsa, onda təqaüd təyin edilməsin.

9. Fayllar: fayldan daxiletmə

və fayla çıxış

Verilənlər də proqramçılar kimi dəyişməz olmalıdırlar (ingilis dilində persistent sözü iki məna verir: inadcıl - əgər söhbət insandan gedirsə, dəyişməz - əgər söhbət hər hansı obyektdən gedirsə). Dəyişməz dedikdə nəzərdə tutulur ki, proqram öz işini sona çatdırdıqdan sonra verilənlər saxlanmalıdırlar.

Indiyə qədər yazılan proqramlarda dəyişənlərdə saxlanılan verilənlər proqram öz işini sona çatdırdıqdan sonra silinirdi. Bu ona görə baş verirdi ki, onlar operativ yaddaşda (RAM, ixtiyari girişli yaddaş) yerləşirdilər, proqram dayandıqda isə o, təmizlənir.

Lakin Microsoft Word və ona oxşar proqramlar verilənləri kompüterin sərt diskində və ya başqa standart daşıyıcıda faylda saxlaya bilirlər və sonra da lazım olan verilənləri biz ala bilirik. Bu verilənlər isə proqramın işi sona çatdıqdan sonra, hətta kompüterin söndürülməsindən sonra da saxlanıla bilirlər.

 

9.1. Ikilik və mətn faylları

Fayl sərt disk, CD ROM və ya başqa standart daşıyıcı kimi sabit yaddaşda yerləşən verilənlər yığımıdır.

Fayla onun adına görə müraciət edilir, ad isə faylın təbiətini və ya məzmununu təsvir edir.

Faylın adı iki hissədən ibarət olur: 1) əsas hissə, 2) genişlənmə. Genişlənmə (.) işarəsi ilə başlayır. Məsələn, kitab.doc, iter.cpp və s. Faylın genişlənməsi fayldakı və proqramdakı verilənlərin tipini işarə etmək üçün lazımdır. Bunun köməyi ilə də həmin faylla işləmək mümkün olur. Razılaşmaya uyğun olaraq .doc genişlənməsi Microsoft Word proqramının işlədiyi faylların, .xls - Microsoft Excel proqramında istifadə olunan faylların, .cpp isə C++ dilindəki faylların genişlənməsidir.

Faylların əsasən iki tipi olur: mətn və ikilik faylları.

Mətn faylları adından göründüyü kimi mətnə malik olur. Məsələn, qovluqda, Bloknotda və ya istənilən digər mətn redaktorunda yaradılmış fayl buna misal ola bilər.

Ikilik fayl mətn, cədvəl və s. formatlaşdırılması üçün Microsoft Word mətn redaktorunun istifadə etdiyi formatlaşdırma kodlarıdır, məsələn, mətndə olmayan qəribə simvollar və şaquli qara xətlər.

Mətn fayllar ancaq mətni saxladığı halda, ikilik fayllar digər tip informasiyaları da (məsələn, şəkil, verilənlər bazasının yazılması və s.) saxlaya bilirlər. Ona görə də Microsoft Word, Excel və ya Access kimi mürəkkəb proqramlar verilənləri ikilik faylda saxlayırlar.

Mətn fayllarını açmaq, oxumaq və yazmaq ikilik fayllara nəzərən çox asandır. Ona görə də mətn fayllarına giriş ikilik fayllara girişə nəzərən çox asan həyata keçrilir.

 

9.2. fstream standart kitabxanası

Biz əvvəllər klaviaturadan standart girişi təmsil edən iostream standart kitabxanasını və standart çıxışı ekrana yazan cout obyektini istifadə etdik.

Fayldan oxuma və ya fayla yazma isə digər fstream standart kitabxanasının qoşulmasını tələb edir. fstream standart kitabxanası aşağıdakı kimi qoşulur:

# include <fstream>

Göründüyü kimi iostreamfstream ın eyni stream sözü var. Hər iki standart kitabxanada bayt axınları istifadə olunur (ingiliscə stream axın deməkdir). iostream kitabxanası giriş və çıxışa bayt axınlarına, fstream standart kitabxanası isə fayldan və fayla bayt axınlarına aiddir.

fstream başlıq faylı verilənlərin üç yeni tipini təyin edir.

1) ofstream- bu verilənlər tipi faylın çıxış axınını göstərir (təsvir edir). Icraçının proqramından fayla çıxış həyata keçirilir. ofstream verilənlər tipi informasiya yazmaq üçün fayl və yazı yaratmaq üçün istifadə olunur. Onların köməyilə faylları oxumaq olmaz.

2) ifstream bu verilənlər tipi faylın giriş axınını göstərir (təsvir edir). Fayldan istifadəçinin proqramına giriş həyata keçirilir. ifstream verilənlər tipi fayldan informasiyanı oxumağa xidmət edir. Onun köməyilə fayllar yaratmaq və ya onlara informasiya yazmaq olmaz.

3) fstream bu verilənlər tipi faylın ümumi axınını göstərir və həm ofstream, həm də ifstream verilənlər tiplərinin imkanlarına malikdir.





:


: 2017-01-21; !; : 739 |


:

:

! . .
==> ...

1816 - | 1620 -


© 2015-2024 lektsii.org - -

: 0.019 .